Detraleks. Ayaqlarda ağırlıq və ağrılar, varikoz damarları üçün

Xroniki venoz çatışmazlıq simptomlarının müalicəsində həkimlər tərəfindən tövsiyə olunan 1 nömrəli reseptsiz preparat. 1

Detraleksin nə edir ?

wave icon

Detraleks kimi venoaktiv müalicə vasitələr xroniki venoz çatışmazlıq inkişaf etdikcə zəifləməyə davam edən damaların tonusunu artırmaqla ayaq damarlarının sağlamlığını yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

Detraleks ikiqat təsir mexanizminə malikdir: onun damarları qorumaq xüsusiyyətinə malik iltihab əleyhinə təsiri ağrı şişkinliyi birbaşa azaldır; o, həmçinin damarların sağlamlığını yaxşılaşdırmaq ayaqlarda ağrı şişkinlik kimi simptomları aradan qaldırmaq məqsədilə mikrosirkulyasiyanı artırmaq üçün kapilyarlar ya kiçik qan damarlarını qoruyur. 2

Ayaq ağrısı ilə içəridən mübarizə aparın

wave icon

Detraleks yetişməmiş portağaldan hazırlanan xüsusilə, maksimal udulma üçün nəzərdə tutulan klinik olaraq sübut edilmiş effektiv rahat oral müalicə vasitəsidir. 2

Maksimal udulma dedikdə Detraleksin problemin kökünə enməsi damarların tonusunu artırmaqla, xəstəliyin inkişafının qarşısını varmaqla ayaqlarda ağırlıq ağrı simtpomlarını aradan qaldırmaqla damarlarını içəridən effektiv şəkildə müalicə etməsi nəzərdə tutulur. 2

Detraleksin 8 həftə ərzində göstərdiyi təsir

4 həftə 4

8 həftə 4

Ayaqlarda ağrı

50%

63%

Ağırlıq hissi

50%

65%

Şişkinlik hissi

50%

63%

Simptomları aradan qaldırır

wave icon

Detraleks xroniki venoz çatışmazlıq simptomlarının müalicəsində həkimlər tərəfindən tövsiyə olunan 1 nömrəli reseptsiz müalicə vasitəsidir. 1

Klinik araşdırmalar göstərir ki, Detraleks bir ay istifadədən sonra ayaqlarda ağırnı, ağırlıq və şişkinlik hissini 50%-ə qədər azalda bilər. Bu göstəricilər iki aylıq müalicədən sonra daha yüksək olur.

Detralekslə müalicədən faydalanmaq üçün preparatı tövsiyə olunduğu kimi qəbul etməlisiniz. Sağlamlığınıza yaxından nəzarət etməyi və hər hansı narahatlıq olarsa, həkimlə məsləhətləşməyi unutmayın.

Təbii mənbələrdən əldə edilib, elmi metodlarla hazırlanıb.

wave icon

Detraleksin aktiv inqrediyenti tərkibində 90% diosmin və 10% hesperidin şəklində ifadə olunan digər flavonoidlər olan mikronlaşdırılmış və saflaşdırılmış flavonodi fraksiyasıdır (MPFF).

Detraleksin flavonoidlər təbii şəkildə tapılan kimyəvi maddələrlə zəngin yetişməmiş portağallardan əldə olunur. Birləşmələr saflaşma prosesindən keçərkən hissəciklər bir-biri ilə yüksək sürətlə toqquşaraq (mikronlaşma) ölçüsü 2 μm-dən az olan (mikronlaşmış) kiçik hissəciklərə bölünürlər. Bu hissəciklər orqanizm tərəfindən iki qat daha asan mənimsələnir və xroniki venoz çatışmazlıq və babasilin müalicəsi zamanı damarların sağlamlığı və tonusunun artırılmasında Detraleks uğurunun əsasını təşkil edir.

Təhlükəsizlik məlumatları:

Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları

Detraleks 1000: 1000 mq miqdarda mikronlaşdırılmış və saflaşdırılmış flavonoid fraksiyası: 900 mq diosmin; 100 mq hesperidin şəklində ifadə olunmuş flavonoidlər. ƏLAMƏTLƏR: Aşağı ətraflarda orqanlarla bağlı və ya funksional xroniki venoz xəstəliyinin simptomlarının müalicəsi: ayaqlarda ağırlıq hissi, ağrı və gecə qıcolmaları. Kəskin babasil sancılarının müalicəsi. DOZA VƏ TƏYİNAT: Venoz xəstəliyində: gündəlik 1000 mq. Kəskin babasil sancılarında: doza gündəlik 3000 mq-a qədər artırıla bilər.

ƏKS GÖSTƏRİŞLƏR: Aktiv maddəyə və ya köməkçi maddələrin hər hansı birinə qarşı hiperhəssaslıq. XƏBƏRDARLIQ: Kəskin hemorroyun simptomatik müalicəsi üçün bu məhsulun təyinatı digər anal xəstəliklərin müalicəsini istisna etmir. Əgər simptomlar dərhal yox olmazsa, proktoloji müayinə aparılmalı və müalicə yenidən nəzərdən keçirilməlidir. Köməkçi maddələr: tərkibində natrium yoxdur. QARŞILIQLI ƏLAQƏ REPRODUKTİV SAĞLAMLIQ HAMİLƏLİK VƏ LAKTASİYA* Müalicə dayandırılmalıdır. AVTOMOBİL İDARƏ ETMƏK VƏ AVADANLIQLARDAN İSTİFADƏ ETMƏK QABİLİYYƏTİ* ARZUOLUNMAZ TƏSİRLƏR*

Tez-tez rast gəlinir: ishal, dispepsiya, ürəkbulanma, qusma. Nadir hallarda rast gəlinir: başgicəllənmə, baş ağrısı, əzginlik, səpki, qaşınma, allergik səpki. Tez-tez rast gəlinmir: kolit. Tezliyi bilinmir: qarın ağrısı, üz, dodaqlar və göz qapaqlarında tək-tək şişkinlik. Kvinke şişkinliyi istisnadır. DOZANIN AŞILMASI* XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. [Əmtəə nişanı] qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün ölkənizə üçün məhsul xüsusiyyətlərinin icmalına nəzər salın.

Ədəbiyyat siyahısı:

1. IQVIA Detraleks satış göstəriciləri MAT (2021-ci ilin 2-ci rübü) 
2. Nikolaides A., Kakkos S., Bekqor N. və digərlərinin "Aşağı ətraflarda xroniki venoz pozuntuların müalicəsi. Elmi faktlara əsaslanan tövsiyələr" adlı əsərindən uyğunlaşdırılıb. 1-ci hissə. Int Angiol. 2018;37(3):181-254.1
3. Qarner R.Ç., Qarner C.V., Qreqory S., Vattam M., Kalam A., Leonq D. "Sürətləndirilmiş kütlə spektrometriyası və maye sintilyasiyası sayımı yolu ilə sağlam könüllülər tərəfindən mikronlaşdırılmış Detraleks 500 mq) və mikronlaşdırılmamış 14C-diosmin həblərinin qəbulunun müqayisəsi". J Pharm Sci. 2002;91:32-40
4. Gili R., Pillion G., Frilö C., "Aşağı ətrafların venolimfatik sirkulyasiyasının simptomatik narahatıqlarında yeni venoaktiv mikronlaşdırılmış flavonoid fraksiyasının (S 5682) qiymətləndirilməsi: ikiqat kor plasebə nəzarətli tədqiqat". Phlebology. 1994;9:67-70.
5. Paskarella L., Lulik D., Penn A.H. və digərləri. "Eksperimental venoz klapan çatışmazlığında mexanizmlər və onların Detraleks 500 mq ilə modifikasiyası". Eur J Vasc Endovasc Surg. 2008;35(1):102-110.
6. Məhsul xüsusiyyətlərinin icmalı Detraleks

2024