Detraleks. Babasil xəstəliyinin aradan qaldırılması və qarşısının alınması üçün.

Detraleksin nə edir?

wave icon

Detraleks babasil xəstəliyinin səbəbinə təsir edən, ağrı qanaxmanı aradan qaldıran efektiv dərman vasitəsidir Detraleks xəstəliyin əlamət simptomlarını aradan qaldırmaqla dərhal babasili müalicə edir damarlarınızın ümumi tonusunu artıraraq babasilin uzunmüddətli müalicəsində qan dövranını artıra damarların tıxanmasını azalda bilər. 1

Sürətli udulma və rahatlatma üçün nəzərdə tutulub

wave icon

Detraleks təbii inqrediyentlərdən hazırlanan xüsusilə, maksimal udulma üçün nəzərdə tutulan klinik olaraq sübut edilmiş effektiv diskret oral müalicə vasitəsidir. 1

Artırılmış udma qabiliyyəti dedikdə Detraleksin kəskin sancıların sürətli müalicəsi və ya təkrarlanan babsil xəstəliyinin davamlı nəzarəti üçün fərqli doza seçimləri ilə babasil sancılarının müddəti, intensivliyi və təkrarlanmasını rahat və diskret şəkildə azaltmaq üçün problemin kökünə dərhal enməsi nəzərdə tutulur.

Sürətli rahatlama

wave icon

Detraleks 1000 preparatının sürətli rahatlama üçün babasil sancılarını dərhal və effektiv şəkildə müalicə etdiyi klinik olaraq sübut edilib. 1,2 Cəmi iki gün ərzində istifadəçilərin 42%-də simptomlarda azalma, üç gün əzində isə 80%-də qanaxmanın dayanması müşahidə olunub. Bir həftə sonra əksər istifadəçilər simptomların, o cümlədən qanaxma, ağrı və boşalmanın dayandığını bildiriblər.

Detraleksdən həmçinin xroniki və təkrarlanan babasili müalicə etmək üçün iki aya qədər istifadə oluna bilər. Gündə cəmi bir həb qəbul edən istifadəçilərin 71%-də kəskin sancıların sayı azalıb.

Kəskin babasil sancılarının sürətlə aradan qaldırılması

2 gündə

Pasiyentlərin 42%-də simptomlarda yüngül azalma müşahidə olunub

3 gündə

Pasiyentlərin 80%-də qanaxma dayanıb 2

7 gündə

Pasiyentlərin 94%-də qanaxma dayanıb 2 Pasiyentlərin 84%-də ağrı dayanıb 4 Pasiyentlərin 81%-də boşalma dayanıb 4

Təkrarlanan babasil üçün davamlı müalicə

2 ayda

31% Daha yüngül simptomlar

43% Daha qısamüddətli simptomlar

71% daha az təkrarlanma

Təbii mənbələrdən əldə edilib, elmi metodlarla hazırlanıb.

wave icon

Detraleksin aktiv inqrediyenti tərkibində 90% diosmin və 10% hesperidin şəklində ifadə olunan digər flavonoidlər olan mikronlaşdırılmış və saflaşdırılmış flavonodi fraksiyasıdır (MPFF).

Detraleksin flavonoidlər təbii şəkildə tapılan kimyəvi maddələrlə zəngin yetişməmiş portağallardan əldə olunur. Birləşmələr saflaşma prosesindən keçərkən hissəciklər bir-biri ilə yüksək sürətlə toqquşaraq (mikronlaşma) ölçüsü 2 μm-dən az olan (mikronlaşmış) kiçik hissəciklərə bölünürlər. Bu hissəciklər orqanizm tərəfindən iki qat daha asan udulur və xroniki venoz çatışmazlıq və babasilin müalicəsi zamanı damarların sağlamlığı və tonusunun artırılmasında Detraleks uğurunun əsasını təşkil edir.

Təhlükəsizlik məlumatları:

Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları

Detraleks 1000: 1000 mq miqdarda mikronlaşdırılmış və saflaşdırılmış flavonoid fraksiyası: 900 mq diosmin; 100 mq hesperidin şəklində ifadə olunmuş flavonoidlər. ƏLAMƏTLƏR: Aşağı ətraflarda orqanlarla bağlı və ya funksional xroniki venoz xəstəliyinin simptomlarının müalicəsi: ayaqlarda ağırlıq hissi, ağrı və gecə qıcolmaları. Kəskin babasil sancılarının müalicəsi. DOZA VƏ TƏYİNAT: Venoz xəstəliyində: gündəlik 1000 mq. Kəskin babasil sancılarında: doza gündəlik 3000 mq-a qədər artırıla bilər.

ƏKS GÖSTƏRİŞLƏR: Aktiv maddəyə və ya köməkçi maddələrin hər hansı birinə qarşı hiperhəssaslıq. XƏBƏRDARLIQ: Kəskin hemorroyun simptomatik müalicəsi üçün bu məhsulun təyinatı digər anal xəstəliklərin müalicəsini istisna etmir. Əgər simptomlar dərhal yox olmazsa, proktoloji müayinə aparılmalı və müalicə yenidən nəzərdən keçirilməlidir. Köməkçi maddələr: tərkibində natrium yoxdur. QARŞILIQLI ƏLAQƏ REPRODUKTİV SAĞLAMLIQ HAMİLƏLİK VƏ LAKTASİYA* Müalicə dayandırılmalıdır. AVTOMOBİL İDARƏ ETMƏK VƏ AVADANLIQLARDAN İSTİFADƏ ETMƏK QABİLİYYƏTİ* ARZUOLUNMAZ TƏSİRLƏR*

Tez-tez rast gəlinir: ishal, dispepsiya, ürəkbulanma, qusma. Nadir hallarda rast gəlinir: başgicəllənmə, baş ağrısı, əzginlik, səpki, qaşınma, allergik səpki. Tez-tez rast gəlinmir: kolit. Tezliyi bilinmir: qarın ağrısı, üz, dodaqlar və göz qapaqlarında tək-tək şişkinlik. Kvinke şişkinliyi istisnadır. DOZANIN AŞILMASI* XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. [Əmtəə nişanı] qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün ölkənizə üçün məhsul xüsusiyyətlərinin icmalına nəzər salın.

Ədəbiyyat siyahısı:

  1. Şeligin Y., Krivokapiç Z., Frolov S.A. və digərlərinin "Kəskin hemorroy xəstəliyindən əziyyət çəkən pasiyentlərdə mikronlaşdırılmış və saflaşdırılmış flavonoid farksiyası əsaslı 1000 mq-lıq və 500 mq-lıq həblərin klinik əlverişliliyinin tədqiqi" adlı əsəri. Curr Med Res Opin. 2016;32(11):1821-1826.
  2. Misra M.C., Parşad R. "Kəskin daxili babasillə əlaqədar qnaxmaya erkən nəzarət zamanı mikronlaşdırılmış flavonoidlərin randomizə edilmiş klinik sınağı". Br J Surg. 2000;87:868-872.
  3. Qarner R.Ç., Qarner C.V., Qreqory S., Vattam M., Kalam A., Leonq D. "Sürətləndirilmiş kütlə spektrometriyası və maye sintilyasiyası sayımı yolu ilə sağlam könüllülər tərəfindən mikronlaşdırılmış Detraleks 500 mq) və mikronlaşdırılmamış 14C-diosmin həblərinin qəbulunun müqayisəsi". J Pharm Sci. 2002;91:32-40.
  4. Kospit M. "Kəskin babasilin müalicəsində Detraleks 500 mq preparatının klinik fəallığı və təhlükəsizliyinin ikiqat kor plasebo nəzarətli qiymətləndirməsi". Angiology. 1994;45:566-573.
  5. Qodeberq F. Detraleks 500 mq hemorroyun müalicəsində plasebodan qat-qat effektivdir. Phlebology. 1992;7(suppl 2):61-63.
  6. Məhsul xüsusiyyətlərinin icmalı Detraleks
  7. Qrinspon. "Trombozlu xarici babasil: konservativ və ya cərrahi müalicədən sonra nəticə" J.Dis Colon Rectum 2004. 47(9):1493-8.

2024