Detralekslə xəstəliyin dayandırılması, aradan qaldırılması və qarşısının alınması

Detraleks babasil simptomlarının effektiv şəkildə azaldılması aradan qaldırılması üçün effektiv müalicə vasitəsidir. 1

Babasil nədir?

Babasil anus düz bağırsağın aşağı hissəsində varikoz damarlarına bənzər şişkin damarların yığılmasıdır.. 2

wave icon

O, anus nahiyənizdə qan damarlarına təzyiqin artması nəticəsində düz bağırsağın içərisində (daxili babasil) və ya anus ətrafındakı dərinin altında (xarici babasil) yarana bilər və adətən, anal narahatlıq, qanaxma, qaşınma və ya ağrıya səbəb olur.

Babasil necə görünür?

Babasildən əziyyət çəkirsiniz?

wave icon

Babasilin simptomları çox sayda və müxtəlifdir. Bir qayda olaraq, babasil şişkinliyi anal narahatlıq və qaşınmaya səbəb olur. Anus nahiyənizdə qabarıqlıq hiss edə, anal boşalma, qızartı və iltihablaşma müşahidə edə və ya tualetdən istifadə edərkən qan görə bilərsiniz. Əgər bu və ya təsvir olunan simptomlardan hər hansı birini ilk dəfə müşahidə edirsinizsə (yaxud simptomlarınız bir neçə gündən artıq davam edirsə), özünü müalicə etmək əvəzinə digər əlamətləri istisna etmək üçün tibb mütəxəssisinə müraciət etməlisiniz.

Natamam boşalma

Qanaxma

Anusun qaşınması

Ağrı və ya narahatlıq

Tanış gəlirmi?

Detraleks təkrarlanan simptomların dərhal aradan qaldırılması və qarşısının alınması üçün babasilin əsas səbəbini müalicə edən tibbi preparatdır.

Simptomlarınızı vaxtında müalicə edin

wave icon

Babasilin simptomları çox yüngül şəkildə başlaya və adətən, öz-özünə sağala bilir, ancaq bu, həmişə belə olmur. Babasil simptomlarını müalicə etmək və onların qarşısını almaq üçün tədbir görməyin faydalarını nəzərə alın.2

wave icon

Babasil dedikdə bir çox insanın ağlına xarici babasil gəlir. Bu iki babasil növü arasında yeganə fərq xəstəliyin inkişaf etdiyi yerdir, ancaq narahatlıq fərqi də böyük ola bilər. Xarici babasil anusun çöl tərəfində, birbaşa bir çox sinir ucluğunun yerləşdiyi dəlikdə əmələ gəlir, buna görə, xüsusilə, qaşındırıcı və ağrılı ola bilər.

Daxili babasil anusun dərinliyində əmələ gəlir və adətən, görünmür. Bunlar müalicəsiz sağala bilər, ancaq bəzi hallarda babasil şişərək anusdan kənara çıxır. Anusdan kənara çıxan babasil daxili babasildir. Daxili babasilin ağırlıq dərəcəsi nə qədər kənara çıxmasından asılı olaraq, dərəcələndirmə sistemi ilə ölçülür:

-ci dərəcə 1

Qanaxma proktoskopiya vasitəsilə görülür, gücənmə zamanı protruziya əmələ gəlir, kənara çıxma olmur

image

Learn more

-ci dərəcə 1

Qanaxma, narahatlıq və qaşınma müşahidə oluna, gücənmə zamanı protruziya baş verə, ancaq kənara çıxma əlaməti olmaya bilər. Buna baxmayaraq, simptomların pisləşməsinin qarşısını almaq üçün birinci mərhələdən müalicə etmək vacibdir.

image

Close

-ci dərəcə 2

Qanaxma müşahidə edilir, gücənmə zamanı babasilin kənara çıxdığı görülür, gücənmə sona çatdıqda öz-özünə geri qayıdır

image

Learn more

-ci dərəcə 2

Müalicə olunmazsa, vəziyyətiniz pisləşə, tualetdən istifadə edən zaman ağrı müşahidə oluna, qanaxma baş verə və gücənmə zamanı çölə çıxan, ancaq gücənmə dayandıqda azalan babasil yarana bilər.

image

Close

-ci dərəcə 3

Qanaxma müşahidə edilir, proktoskopiyada görünür, gücənmə zamanı protruziya baş verir, kənara çıxıntı əllə azaldılmalıdır

image

Learn more

-ci dərəcə 3

Babasil 3-cü dərəcəyə inkişaf etdikdə qanaxmanın tezliyi artır və babasil gücənmə zamanı çölə çıxır və onu geri qaytarmaq lazım gəlir. Bunu özünüz edə bilərsiniz. Əgər tromboz da (damar daxilində qan laxtası) müşahidə olunursa, ağrı çox güclü ola bilər.

image

Close

-ci dərəcə 4

Çıxıntı daimidir və geri qayıtmır, qanaxma və boşalma baş verir

image

Learn more

-ci dərəcə 4

Ən ciddi mərhələdir. Əvvəlki əlamət və simptomlarla yanaşı, daim müşahidə olunan və ağrısız tək başına yerinə itələyə bilmədiyiniz babasil mövcud olacaqdır. Detraleks kimi venoaktiv müalicələrlə yanaşı, cərrahi müdaxilə də zərurətə çevrilir.

image

Close

Babasil xəstəliyinin bütün dərəcələrdə müşahidə olunan əsas simptomları qanaxma, ağrı, qaşınma və narahatlıqdır.

NƏZARƏT EDƏ BİLƏCƏYİNİZ RİSK AMİLLƏRİ

Hərəkətsizlik

Qəbizlik

Ağırlıq qaldırma

Tualet vərdişləri

NƏZARƏT EDƏ BİLMƏDİYİNİZ RİSK AMİLLƏRİ

Yaş

Hamiləlik

Genetika

Babasil xəstəliyinin risk amilləri nələrdir?

wave icon

Babasil həyatının müxtəlif mərhələsində olan bütün təbəqələrdən olan insanlara təsir göstərə bilər. Babasilin əsas risk amillərinə xroniki qəbizlik, piylənmə, yaşlanma və ya hamiləlik daxildir. Bununla belə, babasilin müalicəsini axtaran zaman özünüz də bir çox səbəb müəyyən edə, onların bəzilərini aradan qaldıra bilərsiniz.

Babasilin qarşısının alınması

wave icon

Ümumi həyat tərzində dəyişikliklər babasilə səbəb olan həddən artıq təzyiqin qarşısını almağa kömək edə bilər. Babasilin yaranmasının və təkrarlanmasının qarşısını almaq üçün aşağıdakı tövsiyələri gündəlik həyatınıza daxil etməyə çalışın.

Yüksək lifli qidalar yeyin

Qida rasionunuza meyvə, tərəvəz, qəhvəyi düyü, kəpəkli xəmir məmulatları və kəpəkli çörək kimi yüksək lifli qidalar daxil etməyə çalışın. Bunlar nəcisinizi yumşaldacaq və qəbizliyin (gücənməyə səbəb ola və babasillə nəticələnə bilər) qarşısını alacaqdır.

İdmanla məşğul olun

Mütəmadi idmanla məşğul olmaq sağlamlığınız üçün əzələləri rahatlatmağa və qan dövranını artırmağa kömək edəcəkdir.

Bol maye için

Bol maye içmək (xüsusilə, su) nəcisinizi yumşaldacaq və boşalmanı asanlaşdıracaqdır.

Ehtiyac olduqda tualetə gedin

Əgər bağırsaq hərəkətlərinin keçməsini gözləsəniz, nəcisiniz quruya və boşalma çətinləşə bilər.

Lif qida əlavələrini sınayın

Əgər yemək zamanı kifayət qədər lif qəbul etmirsinizsə, lifli əlavələr qida rasionunuzda kifayət qədər lifin olmasına kömək edə bilər.

Çox oturmayın

Çox oturmaq, xüsusilə, tualetdə uzun müddət oturmaq anusunuz ətrafındakı damarlara təzyiqi artıra və onları babasilə və ya babasilin kənara çıxmasına qarşı daha həssas edə bilər.

Gücənməyin

Tualetdə gücənmək qan damarlarında əlavə arzuolunmaz təzyiq yarada və əvvəlcədən həssaslaşmış nahiyəni pisləşdirə bilər.

Həyat tərzində dəyişikliklərlə yanaşı, babasilin simptomlarını aradan qaldırmaq üçün gel, krem və şamlardan istifadə daxil olmaqla bir sıra müalicə üsulları mövcuddur.

Tez-tez verilən sullar

wave icon

Detraleks almaq üçün resept lazımdırmı?

Detraleks reseptsiz müalicə vasitəsidir, reseptə ehtiyac yoxdur. Əgər preparatı tapa bilməsəniz, əczaçınız onu sizin üçün sifariş edə bilər. Onu hətta yaşadığınız yerdən asılı olaraq, onlayn sifariş edə bilərsiniz.

Detraleksdən nə üçün istifadə olunur?

Detraleks qanaxma, anal boşalma, ağrı, iltihablaşma, qaşınma, qızarma (eritema), narahatlıq, bağırsaqlarda hərəkət hissi və şişkinlik (ödem) kimi babasillə əlaqəli əlamət və simptomları azaltmağa kömək edən oral müalicə vasitəsidir.

Babasilin müalicəsində Detraleksin düzgün qəbulu necədir?

Əgər Detraleks 1000 preparatını qəbul edirsinizsə, ilk 4 gün gündə üç həb, daha sonra 3 gün ərzində gündə 2 həb qəbul etsəniz, kəskin sancılar zamanı rahatlama təmin ediləcəkdir. Bundan sonra iki ay ərzində gündə iki dəfə 1 həb pisləşmənin qarşısını almağa kömək edəcəkdir. İki aydan artıq istifadə zamanı həkimlə məsləhətləşməlisiniz.

Detraleksdən nə qədər müddət istifadə etməliyəm?

Kəskinləşmənin qarşısını almaq üçün sonradan iki ay ərzində gündə bir dəfə bir ədəd Detraleks 1000 həbi qəbul etməyə davam etməlisiniz.

Mən bir çox dərman preparatından istifadə edirəm. Detraleks digər preparatlara paralel olaraq qəbul edilə bilərmi?

Bu məsələni həkiminizlə danışmalı və digər preparatlara paralel olaraq Detraleksin qəbulunun təhlükəsiz olub-olmadığını müzakirə etməlisiniz.

Detraleks nədir?

Detraleksin aktiv inqrediyenti mikronlaşdırılmış və saflaşdırılmış flavonoid fraksiyasıdır (MPFF). O, tərkibində 90% diosmin və 10% hesperidin şəklində ifadə olunan digər flavonoidlər olan sitrus bioflavonoidlərindən ibarətdir.

Mikronaşdırılmış dedikdə nə nəzərdə tutulur?

Mikronlaşdırılmış dedikdə maddənin daha effektiv şəkildə udulması üçün çox kiçik hissəciklərə bölünməsi nəzərdə tutulur.

Mikronlaşdırılmış dedikdə maddənin daha effektiv şəkildə udulması üçün çox kiçik hissəciklərə bölünməsi nəzərdə tutulur.

Mikronlaşdırılmış dedikdə maddənin daha effektiv şəkildə udulması üçün çox kiçik hissəciklərə bölünməsi nəzərdə tutulur.

Təhlükəsizlik məlumatları:

Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları

Detraleks 1000: 1000 mq miqdarda mikronlaşdırılmış və saflaşdırılmış flavonoid fraksiyası: 900 mq diosmin; 100 mq hesperidin şəklində ifadə olunmuş flavonoidlər. ƏLAMƏTLƏR: Aşağı ətraflarda orqanlarla bağlı və ya funksional xroniki venoz xəstəliyinin simptomlarının müalicəsi: ayaqlarda ağırlıq hissi, ağrı və gecə qıcolmaları. Kəskin babasil sancılarının müalicəsi. DOZA VƏ TƏYİNAT: Venoz xəstəliyində: gündəlik 1000 mq. Kəskin babasil sancılarında: doza gündəlik 3000 mq-a qədər artırıla bilər.

ƏKS GÖSTƏRİŞLƏR: Aktiv maddəyə və ya köməkçi maddələrin hər hansı birinə qarşı hiperhəssaslıq. XƏBƏRDARLIQ: Kəskin hemorroyun simptomatik müalicəsi üçün bu məhsulun təyinatı digər anal xəstəliklərin müalicəsini istisna etmir. Əgər simptomlar dərhal yox olmazsa, proktoloji müayinə aparılmalı və müalicə yenidən nəzərdən keçirilməlidir. Köməkçi maddələr: tərkibində natrium yoxdur. QARŞILIQLI ƏLAQƏ REPRODUKTİV SAĞLAMLIQ HAMİLƏLİK VƏ LAKTASİYA* Müalicə dayandırılmalıdır. AVTOMOBİL İDARƏ ETMƏK VƏ AVADANLIQLARDAN İSTİFADƏ ETMƏK QABİLİYYƏTİ* ARZUOLUNMAZ TƏSİRLƏR*

Tez-tez rast gəlinir: ishal, dispepsiya, ürəkbulanma, qusma. Nadir hallarda rast gəlinir: başgicəllənmə, baş ağrısı, əzginlik, səpki, qaşınma, allergik səpki. Tez-tez rast gəlinmir: kolit. Tezliyi bilinmir: qarın ağrısı, üz, dodaqlar və göz qapaqlarında tək-tək şişkinlik. Kvinke şişkinliyi istisnadır. DOZANIN AŞILMASI* XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. [Əmtəə nişanı] qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün ölkənizə üçün məhsul xüsusiyyətlərinin icmalına nəzər salın.

Ədəbiyyat siyahısı:

  1. Şeligin Y., Krivokapiç Z., Frolov S.A. və digərlərinin "Kəskin hemorroy xəstəliyindən əziyyət çəkən pasiyentlərdə mikronlaşdırılmış və saflaşdırılmış flavonoid farksiyası əsaslı 1000 mq-lıq və 500 mq-lıq həblərin klinik əlverişliliyinin tədqiqi" adlı əsəri. Curr Med Res Opin. 2016;32(11):1821-1826.
    Lohsirivat V. və digərləri "Babasil: ilkin patofiziologiyadan klinik müalicə dünyasına". Journal of Gastroenterology 2012. May 7;18 (17): 2009-2017.
    "Xroniki venoz və babasil xəstəliklərinin qiymətləndirilməsi və elmi tədqiqi"; Godeberq F.C. Gastroenerol Hepatol. 2020;35:557-87
    Godeberq, Şeyx, Lohsirivat, Calife, Şeligin. "Babasil xəstəliyinin müalicəsində mikronlaşdırılmış və saflaşdırılmış flavonoid fraksiyasının tətbiqi". J Comp Eff Res 2021; 10(10):801-813.

2024