Detralekslə simptomların azaldılması, aradan qaldırılması və müalicəsi

Detraleks ayaqlarda ağırlıq hissi, ağrı, şişkinlik və XVX-nin digər simptomlarının müalicəsi üçün vasitədir.

Simptomlarınızı və risk faktorlarını qiymətləndirmək üçün 5 qısa sualı cavablandırın

Öz simptomlarınızı qiymətləndirin

Ayaqlarınızda ağırlıq və ağrılar var?

wave icon

Ayaqlarda ağırlıq, ağrı şişkinlik qanın düzgün dövr etməməsi səbəbindən ayaqlarda mayenin yığılmasının nəticəsi ola bilər. Mayenin bu cür artması zamanla pisləşən ayaq damarları xəstəliyi olan xroniki venoz çatışmazlığın simptomlarını yaradır. 2

Sağlam damarlar

Sağlam damarlarda qanın geri axmasına mane ola kiçik klapanlar olur.

Sağlam olmayan damarlar

Damarların daxili divarları zədələndikdə və bu klapanlar düzgün işləmədikdə qan damarlarda geriyə hərəkət edərək aşağı ətraflarda qanın yığılmasına və damarların genişlənməsinə səbəb olur. Xoşagəlməz simptomlar zamanla pisləşə bilər.

Zəif qan dövranının simptomları

wave icon

Bir çox əlamət və simptom ayaqlarda zəif qan dövranından xəbər verə bilər. Ayaq və ya topuqlarınızda aşağıdakı simptomlardan hər hansı biri müşahidə olunursa, həkimə müraciət etməlisiniz, çünki bunlar zamanla pisləşə bilər.

feet of a heavy painful swollen leg

Ayaqlarda ağırlıq, ağrılar və ya şişkinlik

Ayaqlarda yorğunluq

Ayaqlarda qıcolma

Hörümçək və ya varikoz damarlar

Tanış gəlirmi?

Əgər bu simptomların ən azı birindən mütəmadi olaraq əziyyət çəkirsinizsə, qısa özünü qiymətləndirmə testimizdən keçin və test nəticələrindən istifadə edərək növbəti addımlarınızı müəyyən edin.

Özünü qiymətləndirməyə başla

Simptomlarınızı vaxtında müalicə edin

wave icon

Ayaqlarda ağırlıq, ağrı və şişkinlik xroniki venoz çatışmazlığın erkən əlamətləri ola bilər. Müalicə olunmazsa, bu simptomlar ağırlaşa, hörümçək damarlar, varikoz damarlar və ayaq xoralarına çevrilə bilər. Xəstəliyin müxtəlif mərhələləri simptomların ağırlığından asılı olaraq, C0-6 dərəcələri ilə təsvir olunur:

Mərhələ C 0

Ayaqlarda ağırlıq və ağrılar

image

Sužinokite daugiau

Mərhələ C 0

Ayaqlarda ağırlıq və ağrılar

Birinci mərhələdə heç bir venoz xəstəlik əlaməti olmur. Bununla belə, artıq zədə damarın içində yığılmağa başlamış ola bilər. Bu, venoz reflüksə səbəb olur və buna görə hətta simptomlar yalnız ayaqlarda ağırlıq və ağrılardan ibarət olsa belə, müalicəyə başlamalısınız.

image

UŽDARYTI

Mərhələ C 1

Hörümçək və ya retikulyar damarlar

image

Sužinokite daugiau

Mərhələ C 1

Hörümçək və ya retikulyar damarlar

İlkin simptomlara əhəmiyyət verilməməsi vəziyyətin pisləşməsinə səbəb ola, nəticədə qan damarlarının qırılması baş verə, yaxud "hörümçək damarlar" və görünən damarlar yarana bilər. Bunlar, adətən, ağrılı olmur, ancaq ayaq damarlarında problemlərin mühüm göstəricisidir. Bu cür erkən əlamətləri ciddiyə almaq vacibdir, çünki xəstəlik sürətlə inkişaf edə bilər.

image

UŽDARYTI

varices visibles en la pierna

Mərhələ C 2

Görünən varikoz damarlar

image

Sužinokite daugiau

Mərhələ C 2

Görünən varikoz damarlar

Müalicə olunmazsa, xəstəlik 1-ci mərhələdən 2-ci mərhələyə keçə, damarlar qeyri-adi şəkildə genişlənə, uzana və bükülə bilər. Ayaq və topuqlarda bariz görünən qabarıq damarlar xroniki venoz çatışmazlığın aşkar əlamətidir.

image

UŽDARYTI

Mərhələ C 3

Topuq və ayağın şişməsi

image

Sužinokite daugiau

Mərhələ C 3

Topuq və ayağın şişməsi

3-cü mərhələdə vena divarları və klapanların daha da pisləşməsi nəticəsində təzyiq və sızıntının artması səbəbindən şişkinlik yarana bilər.

image

UŽDARYTI

Mərhələ C 4

Dəridə dəyişikliklər

image

Sužinokite daugiau

Mərhələ C 4

Dəridə dəyişikliklər

Davamlı zəif qan dövranı xəstəliyin topuqlar ətrafındakı dərinin qaralması (hiperpiqmentasiya), qızarma, quruluq, qaşınma (venoz ekzema), yumşaq toxumaların sərtləşməsi və ağımtıl ləkələrin əmələ gəlməsi ilə xarakterizə olunan 4-cü mərhələyə keçməsinə səbəb ola bilər.

image

UŽDARYTI

Mərhələ C 5

Sağalmış yaralar

image

Sužinokite daugiau

Mərhələ C 5

Sağalmış yaralar

5-ci mərhələ dəridə açıq, ancaq sağalmış sahələrin, yəni yaraların əmələ gəlməsi ilə müəyyən edilir. Bu yaralar ağrılı ola və həyat keyfiyyətinizə təsir edərək hərəkət etməyi çətinləşdirə bilər.

image

UŽDARYTI

Mərhələ C 6

Aktiv yaralar

image

Sužinokite daugiau

Mərhələ C 6

Aktiv yaralar

Bu mərhələyə çatsanız, ayaqlarınızda açıq yaralar əmələ gələcəkdir. Bu mərhələdə orqanizm daxilində qan dövranı daha da pisləşir və kapilyarlarda sızma artır.

image

UŽDARYTI

Əgər bu əlamət və simptomlardan hər hansı birini müşahidə edirsinizsə, mümkün müalicə yollarını öyrənmək üçün tibb mütəxəssisinə müraciət etməlisiniz.

Simptomları tanıyaraq və tədbir görərək vəziyyətin pisləşməsi ehtimalını ciddi şəkildə azalda və bunun gündəlik həyatınıza təsirini minimuma endirə bilərsiniz.

NƏZARƏT EDƏ BİLƏCƏYİNİZ RİSK AMİLLƏRİ

Uzun müddət ayaq üstə durmaq

Artıq çəkili olmaq

NƏZARƏT EDƏ BİLMƏDİYİNİZ RİSK AMİLLƏRİ

Yaş

Cins

Genetika

Qan dövranına təsir edən amillər

wave icon

Xroniki venoz çatışmazlığın bir neçə risk amili var onların bəziləri nəzarətinizdə olmaya bilər, ancaq digərlərini dəyişdirmək üçün tədbir görə bilərsiniz. 1

wave icon

Qadınlar, bir qayda olaraq, daha çox risk altındadır və ailə tarixçəsi, o cümlədən, sadəcə olaraq, yaşlanmaq simptomların yaranması ehtimalını artıra bilər.

Artıq çəki və hərəkətsizlik kimi dəyişdirə biləcəyiniz həyat tərzi amilləri də damarlarınızda problemlərin yaranması riskini artıra bilər. Tibb bacıları, müəllimlər və xidmət sahəsində çalışan işçilər kimi ayaqüstü və ya oturaq iş şəraitində çalışan şəxslər, xüsusilə, risk altındadır.

Sağlam ayaqlar üçün tövsiyələr

wave icon

Sağlam həyat tərzi sürərək və sadə vərdişləri gündəlik həyatınıza daxil edərək ayaqlarınızı mayenin artması nəticəsində yaranan narahatlıqdan və bunun zamanla damarlara vurduğu zərərdən qoruya bilərsiniz:

Hərəkətli olun

Müntəzəm idman ayaqlarınızda qan dövranını yaxşılaşdırır və əzələləri gücləndirməyə kömək edir.

Elastik corablardan istifadə edin

Dar paltarlar geyinməyin, çünki bunlar ayaqlarda qan dövranını məhdudlaşdıra və xroniki venoz çatışmazlıq riskini artıra bilər.

Sağlam çəkiyə sahib olun

Çəkinizə diqqət edin, çünki piylənmə ayaqlarda klapanların tıxanması və ya zəifləməsinə səbəb ola bilər.

Hündürdaban ayaqqabılardan çəkinin

Aşağı ətrafların hərəkətliliyini artırmaq üçün altı düz və ya hündürdaban ayaqqabı əvəzinə orta dabanlı ayaqqabılardan istifadə edin.

Boş paltar geyinin

Dar paltarlar geyinməyin, çünki bunlar ayaqlarda qan dövranını məhdudlaşdıra və xroniki venoz çatışmazlıq riskini artıra bilər.

Sərinləyin

İsti havada damarlar genişlənir ki, bu da qanın yığılmasına, ayaqlarda ağırlıq və yorğunluq hissinin yaranmasına səbəb olur.

Mütəmadi olaraq hərəkət edin

Ayaq damarlarınızda qanın yığılmasının qarşısını almaq və ürəyə qan axınını gücləndirmək üçün uzun müddət oturmaq və ya ayaq üstə qalmaqdan çəkinin.

Ayaqlarınızı qaldırın

Dincələn zaman ürəyinizə qan axınını sürətləndirmək üçün ayaqlarınızı qaldırın və ayağı ayaq üstünə qoyub oturmayın.

Həyat tərzinizə dəyişiklik etməklə yanaşı, simptomları aradan qaldırmaq üçün krem və gellərdən istifadə oluna, inkişaf etmiş xəstəlik tibbi prosedurlarla müalicə oluna bilər.

Tez-tez verilən sullar

wave icon

Sağlam ayaqlara sahib olmaq üçün xroniki venoz çatışmazlığın müalicəsi vacibdir. Əgər bu proqressiv xəstəlikdən əziyyət çəkirsinizsə, sizin üçün ən yaxşı müalicə üsulunu seçmək üçün tibb mütəxəssisinə müraciət edin.

Detraleks nə üçün istifadə olunur?

Detraleks varikoz, hörümçək damarlar, ayaqlarda ağrı, qıcolma və ağırlıq hissi kimi xroniki venoz çatışmazlığın yüngül və orta əlamət və simptomlarını aradan qaldırmağa kömək edən oral müalicə vasitəsidir. O, həmçinin aşağı ətraflarda xəstəliklə bağlı şişkinliyi azaltmağa kömək edir.

Detraleks almaq üçün resept lazımdırmı?

Xeyr. Detraleks reseptsiz satılır. Əgər preparatı tapa bilməsəniz, əczaçınız onu sizin üçün sifariş edə bilər.

Detraleks nə edir?

Detraleks qan dövranını yaxşılaşdırmaq və damar tonusunu artırmaq yolu ilə təsir göstərir. O, ayaqlarda ağrı, ağırlıq və şişkinlik kimi venoz xəstəliklərlə bağlı simptomların azalmasına kömək edir.

Detraleks nədir?

Detraleksin aktiv inqrediyenti mikronizəedilmiş təmizlənmiş flavonoid fraksiyasıdır (MTFF). Tərkibində 90%-i diosmin, 10%-i isə hesperidin şəklində ifadə olunan digər sitrus bioflavonoidləri yer alır.

Mikronizə edilmiş dedikdə nə nəzərdə tutulur?

Mikronizə edilmiş dedikdə maddənin daha effektiv şəkildə mənimsənməsi üçün çox kiçik hissəciklərə bölünməsi nəzərdə tutulur

Xroniki venoz çatışmazlığın müalicəsində Detraleksin düzgün qəbulu necədir?

Sadəcə olaraq, gündə bir dəfə olmaqla səhər yeməyi zamanı və ya həkiminizin göstərişinə əsasən 1 Detraleks həbi qəbul edin.

Detraleks-dən nə qədər müddət istifadə etməliyəm?

Detraleks davam edən proqressiv xəstəlik üçün davamlı müalicədir. Həkim və ya əczaçınızın göstərişi olmadan Detraleks-in qəbulunu dayandırmamağınız tövsiyə olunur.

Mən bir çox dərman preparatından istifadə edirəm. Detraleks digər preparatlara paralel olaraq qəbul edilə bilərmi?

Bu məsələni həkiminizlə danışmalı və digər preparatlara paralel olaraq Detraleks-in qəbulunun təhlükəsiz olub-olmadığını müzakirə etməlisiniz.

Detraleks orqanizm tərəfindən nə dərəcədə yaxşı mənimsənilir?

Detraleks kifayət qədər yaxşı mənimsənilir və sınaqlarda müşahidə olunan yan təsirlər yüngül olub. Mümkün yan təsirlərə hiperhəssaslıq, allergiya, mədə-bağırsaqda narahatlıq, başgicəllənmə, baş ağrıları, əzginlik və dəri reaksiyaları daxildir.

Təhlükəsizlik məlumatları:

Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları

Detraleks 1000: mikronizə edilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: аyaqlarda ağırlıq hissi, аğrı, gecə qıcolmaları. Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi. İSTİFADƏ QAYDASI VƏ DOZA Daxilə qəbul edilir. Xroniki venoz xəstəlikdə: gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı: İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).

ƏKS GÖSTƏRİŞLƏR: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. EHTİYATLA: Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir. HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ: Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuyğundur. Dərmanın südlə ifrazolunması barədə məlumat yoxdursa, südvermə dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.

ƏLAVƏ TƏSİRLƏRİ: Yayılmış: ishal, dispepsiya, ürəkbulanma, qusma. Yayılmamış: kolit. Nadir: başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə. Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. DOZA HƏDDİNİN AŞILMASI Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması vəziyyətində diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir. XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. Detraleks qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. BURAXILIŞ FORMASI: N30. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün içlik vərəqəsi ilə tanış olun (Azərbaycan Respublikası SəhiyyəNazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 27.02.2024-cü il tarixində təsdiq edilmişdir).

Ədəbiyyat siyahısı:

  1. Nikolaides A., Kakkos S., Bekqor N. və digərlərinin "Aşağı ətraflarda xroniki venoz pozuntuların müalicəsi. Elmi faktlara əsaslanan tövsiyələr" adlı əsərindən uyğunlaşdırılıb. 1-ci hissə. Int Angiol. 2018;37(3):181-254.1
  2. Berqan C.C və digərləri N Engl J Med. 2006;355:488-498

2025