Babasil xəstəliyinin aradan qaldırılması və qarşısının alınması üçün Detraleks.
Detraleks nə edir?
Detraleks babasil xəstəliyinin səbəbinə təsir edən, ağrı və qanaxmanı aradan qaldıran efektiv dərman vasitəsidir.
Detraleks xəstəliyin əlamət və simptomlarını aradan qaldırmaqla dərhal babasili müalicə edir və damarlarınızın ümumi tonusunu artıraraq babasilin uzunmüddətli müalicəsində qan dövranını artıra və damarların tıxanmasını azalda bilər. 1
Sürətli mənimsəmə və rahatlatma üçün nəzərdə tutulub
Detraleks təbii inqrediyentlərdən hazırlanan və xüsusilə, maksimal absorbsiya üçün nəzərdə tutulan klinik olaraq sübut edilmiş effektiv və diskret oral müalicə vasitəsidir. 1
Artırılmış absorbsiya dedikdə, Detraleks problemi kökündən tez bir zamanda hədəfə ala bilər — babasil epizodlarının müddətini, intensivliyini və təkrarlanmasını rahat şəkildə azaldır. Fərqli doza seçimləri sayəsində həm kəskin epizodların sürətli müalicəsi, həm də təkrarlanan babasil xəstəliyinin davamlı nəzarəti üçün nəzərdə tutulur. 2
Sürətli rahatlama
Detraleks 1000 preparatının sürətli rahatlama üçün babasil sancılarını dərhal və effektiv şəkildə müalicə etdiyi klinik olaraq sübut edilib. 1,2
Cəmi iki gün ərzində istifadəçilərin 42%-də simptomlarda azalma, üç gün əzində isə 80%-də qanaxmanın dayanması müşahidə olunub. Bir həftə sonra əksər istifadəçilər simptomların, o cümlədən qanaxma, ağrı və boşalmanın dayandığını bildiriblər. Detraleks həmçinin xroniki və təkrarlanan babasili müalicə etmək üçün iki aya qədər istifadə oluna bilər.
Gündə cəmi bir həb qəbul edən istifadəçilərin 71%-də kəskin sancıların sayı azalıb. 5
Kəskin babasil sancılarının sürətlə aradan qaldırılması
2 gündə
Pasiyentlərin 42%-də simptomlarda yüngül azalma müşahidə olunub
3 gündə
Pasiyentlərin 80%-də qanaxma dayanıb 2
7 gündə
Pasiyentlərin 94%-də qanaxma dayanıb 2
Pasiyentlərin 84%-də ağrı dayanıb 4
Pasiyentlərin 81%-də boşalma dayanıb 4
Təkrarlanan babasil üçün davamlı müalicə
2 ayda
31% Daha yüngül simptomlar
43% Daha qısamüddətli simptomlar
71% daha az təkrarlanma
Təbii mənbələrdən əldə edilib, elmi metodlarla hazırlanıb.
Detraleks-in aktiv tərkib hissəsi 90% diosmin və hesperidin kimi ifadə edilən 10% digər flavonoidlərdən ibarət mikronizə edilmiş təmizlənmiş flavonoid fraksiyasıdır (MTFF).
Detraleksin flavonoidləri bu təbii bitki mənşəli maddələrlə zəngin olan yetişməmiş portağallardan əldə edilir. Bu birləşmələr təmizləmə və saflaşdırma prosesindən keçirilir. Bu proses zamanı hissəciklər yüksək sürətlə bir-birinə toqquşdurulur (mikronizasiya prosesi) və nəticədə onların ölçüsü 2 μm-dan kiçik olan çox xırda hissəciklərə çevrilir (mikronizə edilmiş forma). Bu hissəciklər orqanizm tərəfindən iki qat daha asan mənimsənilir və xroniki venoz xəstəlik və babasilin müalicəsi zamanı damarların sağlamlığı və tonusunun artırılmasında Detraleks uğurunun əsasını təşkil edir. 6
Təhlükəsizlik məlumatları:
Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları
Detraleks 1000: mikronizə edilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: аyaqlarda ağırlıq hissi, аğrı, gecə qıcolmaları. Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi. İSTİFADƏ QAYDASI VƏ DOZA Daxilə qəbul edilir. Xroniki venoz xəstəlikdə: gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı: İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).
ƏKS GÖSTƏRİŞLƏR: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. EHTİYATLA: Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir. HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ: Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuyğundur. Dərmanın südlə ifrazolunması barədə məlumat yoxdursa, südvermə dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.
ƏLAVƏ TƏSİRLƏRİ: Yayılmış: ishal, dispepsiya, ürəkbulanma, qusma. Yayılmamış: kolit. Nadir: başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə. Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. DOZA HƏDDİNİN AŞILMASI Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması vəziyyətində diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir. XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. Detraleks qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. BURAXILIŞ FORMASI: N30. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün içlik vərəqəsi ilə tanış olun (Azərbaycan Respublikası SəhiyyəNazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 27.02.2024-cü il tarixində təsdiq edilmişdir).
Ədəbiyyat siyahısı:
- Şeligin Y., Krivokapiç Z., Frolov S.A. və digərlərinin "Kəskin hemorroy xəstəliyindən əziyyət çəkən pasiyentlərdə mikronlaşdırılmış və saflaşdırılmış flavonoid farksiyası əsaslı 1000 mq-lıq və 500 mq-lıq həblərin klinik əlverişliliyinin tədqiqi" adlı əsəri. Curr Med Res Opin. 2016;32(11):1821-1826.
- Misra M.C., Parşad R. "Kəskin daxili babasillə əlaqədar qnaxmaya erkən nəzarət zamanı mikronlaşdırılmış flavonoidlərin randomizə edilmiş klinik sınağı". Br J Surg. 2000;87:868-872.
- Qarner R.Ç., Qarner C.V., Qreqory S., Vattam M., Kalam A., Leonq D. "Sürətləndirilmiş kütlə spektrometriyası və maye sintilyasiyası sayımı yolu ilə sağlam könüllülər tərəfindən mikronlaşdırılmış Detraleks 500 mq) və mikronlaşdırılmamış 14C-diosmin həblərinin qəbulunun müqayisəsi". J Pharm Sci. 2002;91:32-40.
- Kospit M. "Kəskin babasilin müalicəsində Detraleks 500 mq preparatının klinik fəallığı və təhlükəsizliyinin ikiqat kor plasebo nəzarətli qiymətləndirməsi". Angiology. 1994;45:566-573.
- Qodeberq F. Detraleks 500 mq hemorroyun müalicəsində plasebodan qat-qat effektivdir. Phlebology. 1992;7(suppl 2):61-63.
- Məhsul xüsusiyyətlərinin icmalı Detraleks
- Qrinspon. "Trombozlu xarici babasil: konservativ və ya cərrahi müalicədən sonra nəticə" J.Dis Colon Rectum 2004. 47(9):1493-8.
2025