Detralekslə xəstəliyin dayandırılması, aradan qaldırılması və qarşısının alınması

Detraleks babasil simptomlarının effektiv şəkildə azaldılması aradan qaldırılması üçün effektiv müalicə vasitəsidir. 1

Babasil nədir?

Babasil - anus düz bağırsağın aşağı hissəsində varikoz damarlarına bənzər şişkin damarların yığılmasıdır. 2

wave icon

O, anus nahiyənizdə qan damarlarına təzyiqin artması nəticəsində düz bağırsağın içərisində (daxili babasil) və ya anus ətrafındakı dərinin altında (xarici babasil) yarana bilər və adətən, anal narahatlıq, qanaxma, qaşınma və ya ağrıya səbəb olur.

Babasil necə görünür?

Babasildən əziyyət çəkirsiniz?

wave icon

Babasil simptomları çoxsaylı və müxtəlifdir. Bir qayda olaraq, babasil şişkinliyi anal narahatlıq və qaşınmaya səbəb olur.

Anus nahiyənizdə qabarıqlıq hiss edə, anal boşalma, qızartı və iltihablaşma müşahidə edə və ya tualetdən istifadə edərkən qan görə bilərsiniz. Əgər bu və ya təsvir olunan simptomlardan hər hansı birini ilk dəfə müşahidə edirsinizsə (yaxud simptomlarınız bir neçə gündən artıq davam edirsə), özünü müalicə etmək əvəzinə digər əlamətləri istisna etmək üçün tibb mütəxəssisinə müraciət etməlisiniz.

Natamam boşalma

Qanaxma

Anusun qaşınması

Ağrı və ya narahatlıq

Tanış gəlirmi?

Detraleks təkrarlanan simptomların dərhal aradan qaldırılması və qarşısının alınması üçün babasilin əsas səbəbini müalicə edən tibbi preparatdır.

Simptomlarınızı vaxtında müalicə edin

wave icon

Babasilin simptomları çox yüngül şəkildə başlaya adətən, öz-özünə sağala bilir, ancaq bu, həmişə belə olmur. Babasil simptomlarını müalicə etmək onların qarşısını almaq üçün tədbir görməyin faydalarını nəzərə alın. 2

wave icon

Babasil dedikdə bir çox insanın ağlına xarici babasil gəlir. Bu iki babasil növü arasında yeganə fərq xəstəliyin inkişaf etdiyi yerdir, ancaq narahatlıq fərqi də böyük ola bilər.

Xarici babasil anusun çöl tərəfində, birbaşa bir çox sinir ucluğunun yerləşdiyi dəlikdə əmələ gəlir, buna görə, xüsusilə, qaşındırıcı və ağrılı ola bilər.

Daxili babasil anusun dərinliyində əmələ gəlir və adətən, görünmür. Bunlar müalicəsiz sağala bilər, ancaq bəzi hallarda babasil şişərək anusdan kənara çıxır. Anusdan kənara çıxan babasil daxili babasildir. Daxili babasilin ağırlıq dərəcəsi nə qədər kənara çıxmasından asılı olaraq, dərəcələndirmə sistemi ilə ölçülür:

Dərəcə 1

Qanaxma proktoskopiya vasitəsilə görülür, gücənmə zamanı protruziya əmələ gəlir, kənara çıxma olmur

image

Sužinokite daugiau

Dərəcə 1

Qanaxma, narahatlıq və qaşınma müşahidə oluna, gücənmə zamanı protruziya baş verə, ancaq kənara çıxma əlaməti olmaya bilər. Buna baxmayaraq, simptomların pisləşməsinin qarşısını almaq üçün birinci mərhələdən müalicə etmək vacibdir.

image

UŽDARYTI

Dərəcə 2

Qanaxma müşahidə edilir, gücənmə zamanı babasilin kənara çıxdığı görünür, gücənmə sona çatdıqda öz-özünə geri qayıdır

image

Sužinokite daugiau

Dərəcə 2

Müalicə olunmazsa, vəziyyətiniz pisləşə, tualetdən istifadə edən zaman ağrı müşahidə oluna, qanaxma baş verə və gücənmə zamanı çölə çıxan, ancaq gücənmə dayandıqda azalan babasil yarana bilər.

image

UŽDARYTI

Dərəcə 3

Qanaxma müşahidə edilir, proktoskopiyada görünür, gücənmə zamanı protruziya baş verir, kənara çıxıntı əllə azaldılmalıdır

image

Sužinokite daugiau

Dərəcə 3

Babasil 3-cü dərəcəyə inkişaf etdikdə qanaxmanın tezliyi artır və babasil gücənmə zamanı çölə çıxır və onu geri qaytarmaq lazım gəlir. Bunu özünüz edə bilərsiniz. Əgər tromboz da (damar daxilində qan laxtası) müşahidə olunursa, ağrı çox güclü ola bilər.

image

UŽDARYTI

Dərəcə 4

Çıxıntı daimidir və geri qayıtmır, qanaxma və boşalma baş verir

image

Sužinokite daugiau

Dərəcə 4

Ən ciddi mərhələdir. Əvvəlki əlamət və simptomlarla yanaşı, daim müşahidə olunan və ağrısız tək başına yerinə itələyə bilmədiyiniz babasil mövcud olacaqdır. Detraleks kimi venoaktiv müalicələrlə yanaşı, cərrahi müdaxilə də zərurətə çevrilir.

image

UŽDARYTI

Babasil xəstəliyinin bütün dərəcələrdə müşahidə olunan əsas simptomları qanaxma, ağrı, qaşınma və narahatlıqdır.

NƏZARƏT EDƏ BİLƏCƏYİNİZ RİSK AMİLLƏRİ

Hərəkətsizlik

Qəbizlik

Ağırlıq qaldırma

Tualet vərdişləri

NƏZARƏT EDƏ BİLMƏDİYİNİZ RİSK AMİLLƏRİ

Yaş

Hamiləlik

Genetika

Babasil xəstəliyinin risk amilləri hansılardir?

wave icon

Babasil həyatının müxtəlif mərhələsində olan bütün təbəqələrdən olan insanlara təsir göstərə bilər. Babasilin əsas risk amillərinə xroniki qəbizlik, piylənmə, yaşlanma və ya hamiləlik daxildir. Bununla belə, babasilin müalicəsini axtaran zaman özünüz də bir çox səbəb müəyyən edə, onların bəzilərini aradan qaldıra bilərsiniz.

Babasilin qarşısının alınması

wave icon

Ümumi həyat tərzində dəyişikliklər babasilə səbəb olan həddən artıq təzyiqin qarşısını almağa kömək edə bilər. Babasilin yaranmasının və təkrarlanmasının qarşısını almaq üçün aşağıdakı tövsiyələri gündəlik həyatınıza daxil etməyə çalışın.

Yüksək lifli qidalar yeyin

Qida rasionunuza meyvə, tərəvəz, qəhvəyi düyü, kəpəkli xəmir məmulatları və kəpəkli çörək kimi yüksək lifli qidalar daxil etməyə çalışın. Bunlar nəcisinizi yumşaldacaq və qəbizliyin (gücənməyə səbəb ola və babasillə nəticələnə bilər) qarşısını alacaqdır.

İdmanla məşğul olun

Mütəmadi idmanla məşğul olmaq sağlamlığınız üçün əzələləri rahatlatmağa və qan dövranını artırmağa kömək edəcəkdir.

Bol maye için

Bol maye içmək (xüsusilə, su) nəcisinizi yumşaldacaq və boşalmanı asanlaşdıracaqdır.

Ehtiyac olduqda tualetə gedin

Əgər bağırsaq hərəkətlərinin keçməsini gözləsəniz, nəcisiniz quruya və boşalma çətinləşə bilər.

Lif qida əlavələrini sınayın

Əgər yemək zamanı kifayət qədər lif qəbul etmirsinizsə, lifli əlavələr qida rasionunuzda kifayət qədər lifin olmasına kömək edə bilər.

Çox oturmayın

Çox oturmaq, xüsusilə, tualetdə uzun müddət oturmaq anusunuz ətrafındakı damarlara təzyiqi artıra və onları babasilə və ya babasilin kənara çıxmasına qarşı daha həssas edə bilər.

Gücənməyin

Tualetdə gücənmək qan damarlarında əlavə arzuolunmaz təzyiq yarada və əvvəlcədən həssaslaşmış nahiyəni pisləşdirə bilər.

Həyat tərzində dəyişikliklərlə yanaşı, babasil simptomlarını aradan qaldırmaq üçün gel, krem və şamlardan istifadə daxil olmaqla bir sıra müalicə üsulları mövcuddur.

Tez-tez verilən sullar

wave icon

Detraleksi almaq üçün reseptə ehtiyac varmı?

Detraleks reseptsiz buraxılan müalicə vasitəsidir, reseptə ehtiyac yoxdur. Əgər preparatı tapa bilməsəniz, əczaçınız onu sizin üçün sifariş edə bilər. Onu hətta yaşadığınız yerdən asılı olaraq, onlayn sifariş edə bilərsiniz.

Detraleksdən nə üçün istifadə olunur?

Detraleks qanaxma, anal boşalma, ağrı, iltihablaşma, qaşınma, qızarma (eritema), narahatlıq, bağırsaqlarda hərəkət hissi və şişkinlik (ödem) kimi babasillə əlaqəli əlamət və simptomları azaltmağa kömək edən peroral müalicə vasitəsidir.

Babasilin müalicəsində Detraleksin düzgün qəbulu necədir?

Əgər Detraleks 1000 preparatını qəbul edirsinizsə, ilk 4 gün gündə 3 həb, daha sonra 3 gün ərzində gündə 2 həb qəbul etsəniz, kəskin sancılar zamanı rahatlama təmin ediləcəkdir. Bundan sonra iki ay ərzində gündə 1 dəfə 1 həb ağırlaşmanın qarşısını almağa kömək edəcəkdir. İki aydan artıq istifadə zamanı həkimlə məsləhətləşməlisiniz.

Detraleksdən nə qədər müddət istifadə etməliyəm?

Kəskinləşmənin qarşısını almaq üçün sonradan iki ay ərzində gündə bir dəfə bir ədəd Detraleks 1000 həbləri qəbul etməyə davam etməlisiniz.

Mən bir çox dərman preparatından istifadə edirəm. Detraleks digər preparatlara paralel olaraq qəbul edilə bilərmi?

Bu məsələni həkiminizlə danışmalı və digər preparatlara paralel olaraq Detraleksin qəbulunun təhlükəsiz olub-olmadığını müzakirə etməlisiniz.

Detraleks nədir?

Detraleks-in aktiv tərkib hissəsi mikronizə edilmiş təmizlənmiş flavonoid fraksiyasıdır (MTFF). Bu, sitrus bioflavonoidlərindən ibarətdir və 90% diosmin və 10% digər flavonoidlər (hesperidin şəklində ifadə olunur) ehtiva edir.

Mikronizə edilmiş dedikdə nə nəzərdə tutulur?

Mikronizə edilmiş dedikdə maddənin daha effektiv şəkildə mənimsənilməsi üçün çox kiçik hissəciklərə bölünməsi nəzərdə tutulur.

Detraleks orqanizm tərəfindən nə dərəcədə yaxşı mənimsənilir?

Detraleks kifayət qədər yaxşı mənimsənilir və sınaqlarda müşahidə olunan yan təsirlər yüngül olub. Mümkün yan təsirlərə hiperhəssaslıq, allergiya, mədə-bağırsaqda narahatlıq, baş gicəllənmə, baş ağrıları, əzginlik və dəri reaksiyaları daxildir.

Təhlükəsizlik məlumatları:

Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları

Detraleks 1000: mikronizə edilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: аyaqlarda ağırlıq hissi, аğrı, gecə qıcolmaları. Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi. İSTİFADƏ QAYDASI VƏ DOZA Daxilə qəbul edilir. Xroniki venoz xəstəlikdə: gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı: İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).

ƏKS GÖSTƏRİŞLƏR: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. EHTİYATLA: Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir. HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ: Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuyğundur. Dərmanın südlə ifrazolunması barədə məlumat yoxdursa, südvermə dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.

ƏLAVƏ TƏSİRLƏRİ: Yayılmış: ishal, dispepsiya, ürəkbulanma, qusma. Yayılmamış: kolit. Nadir: başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə. Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. DOZA HƏDDİNİN AŞILMASI Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması vəziyyətində diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir. XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. Detraleks qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. BURAXILIŞ FORMASI: N30. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün içlik vərəqəsi ilə tanış olun (Azərbaycan Respublikası SəhiyyəNazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 27.02.2024-cü il tarixində təsdiq edilmişdir).

Ədəbiyyat siyahısı:

  1. Şeligin Y., Krivokapiç Z., Frolov S.A. və digərlərinin "Kəskin hemorroy xəstəliyindən əziyyət çəkən pasiyentlərdə mikronlaşdırılmış və saflaşdırılmış flavonoid farksiyası əsaslı 1000 mq-lıq və 500 mq-lıq həblərin klinik əlverişliliyinin tədqiqi" adlı əsəri. Curr Med Res Opin. 2016;32(11):1821-1826.
    Lohsirivat V. və digərləri "Babasil: ilkin patofiziologiyadan klinik müalicə dünyasına". Journal of Gastroenterology 2012. May 7;18 (17): 2009-2017.
    "Xroniki venoz və babasil xəstəliklərinin qiymətləndirilməsi və elmi tədqiqi"; Godeberq F.C. Gastroenerol Hepatol. 2020;35:557-87
    Godeberq, Şeyx, Lohsirivat, Calife, Şeligin. "Babasil xəstəliyinin müalicəsində mikronlaşdırılmış və saflaşdırılmış flavonoid fraksiyasının tətbiqi". J Comp Eff Res 2021; 10(10):801-813.

2025