Detraleks - xroniki venoz xəstəlik və babasilin müalicəsində həkimlər tərəfindən tövsiyə olunan, reseptsiz buraxılan №1 müalicə vasitəsidir. 1
Detraleks 1000 mq, 30 həb: Xroniki Venoz Xəstəliyin müalicəsi üçün.
Gündə bir dəfə 1 həb. 2 aydan artıq istifadə üçün həkiminizlə məsləhətləşin
Təhlükəsizlik məlumatları:
Detraleks 1000 mq
Detraleks 1000: mikronizə edilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. İstifadəsinə göstərişlər: Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: аyaqlarda ağırlıq hissi, аğrı, gecə qıcolmaları. Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi. İstifadə qaydası və doza: Daxilə qəbul edilir. Xroniki venoz xəstəlikdə: gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı: İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).
Əks göstərişlər: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. Ehtiyatla: Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir. Hamiləlik və laktasiya dövründə: Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuyğundur. Dərmanın südlə ifrazolunması barədə məlumat yoxdursa, südvermə dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.
Əlavə təsirləri: Yayılmış: ishal, dispepsiya, ürəkbulanma, qusma. Yayılmamış: kolit. Nadir: başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə. Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. Doza həddinin aşılması: Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması vəziyyətində diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir. Xüsusiyyətləri*: Damarları qoruyur və venaları müalicə edir. Detraleks qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. Buraxılış forması: N30. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. Təchizat*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün içlik vərəqəsi ilə tanış olun (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 27.02.2024-cü il tarixində təsdiq edilmişdir).
References:
1. IQVIA Daflon sales data MAT Q2 2021.
2025