Ayaqlarda ağırlıq hissi və ağrı, varikoz damarlar üçün Detraleks.
Xroniki venoz çatışmazlıq simptomlarının müalicəsində həkimlər tərəfindən №1 tövsiyə olunan reseptsiz buraxılan preparat. 1
Detraleks nə edir ?
Detraleks kimi venoaktiv müalicə vasitələri xroniki venoz çatışmazlıq inkişaf etdikcə zəifləməyə davam edən damarların tonusunu artırmaqla ayaq damarlarının sağlamlığını yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Detraleks ikiqat təsir mexanizminə malikdir: onun damarqoruyucu xüsusiyyəti və iltihab əleyhinə təsiri ağrı və şişkinliyi birbaşa azaldır; o, həmçinin damarların sağlamlığını yaxşılaşdırmaq və ayaqlarda ağrı və şişkinlik kimi simptomları aradan qaldırmaq məqsədilə mikrosirkulyasiyanı artırmaq üçün kapilyarlar və ya kiçik qan damarlarını qoruyur. 2
Ayaq ağrısı ilə içəridən mübarizə aparın!
Detraleks - yetişməmiş portağaldan hazırlanan klinik olaraq sübut edilmiş və, xüsusilə, maksimal sorulma üçün nəzərdə tutulan effektiv və rahat peroral müalicə vasitəsidir. Maksimal sorulma dedikdə Detraleks problemin kökünə enib damar tonusunu artırır və xəstəliyin inkişafının qarşısını alır, ayaqlarda ağrı və ağırlıq hissi kimi simptomları aradan qaldırmaqla damarları içəridən effektiv şəkildə müalicə edir. 2
Detraleksin 8 həftə ərzində göstərdiyi təsir
4 həftə 4
8 həftə 4
Ayaqlarda ağrı
50%
63%
Ağırlıq hissi
50%
65%
Şişkinlik hissi
50%
63%
Simptomları aradan qaldırır
Detraleks xroniki venoz çatışmazlıq simptomlarının müalicəsində həkimlər tərəfindən tövsiyə olunan 1 nömrəli reseptsiz müalicə vasitəsidir. 1
Klinik araşdırmalar göstərir ki, Detraleks bir ay istifadədən sonra ayaqlarda ağırnı, ağırlıq və şişkinlik hissini 50%-ə qədər azalda bilər. Bu göstəricilər iki aylıq müalicədən sonra daha yüksək olur.
Detralekslə müalicədən faydalanmaq üçün preparatı tövsiyə olunduğu kimi qəbul etməlisiniz. Sağlamlığınıza yaxından nəzarət etməyi və hər hansı narahatlıq olarsa, həkimlə məsləhətləşməyi unutmayın.
Təbii mənbələrdən əldə edilib, elmi metodlarla hazırlanıb.
Detraleks-in aktiv tərkib hissəsi 90% diosmin və hesperidin kimi ifadə edilən 10% digər flavonoidlərdən ibarət mikronizə edilmiş təmizlənmiş flavonoid fraksiyasıdır (MTFF).
Detraleksin flavonoidləri bu təbii bitki mənşəli maddələrlə zəngin olan yetişməmiş portağallardan əldə edilir. Bu birləşmələr təmizləmə və saflaşdırma prosesindən keçirilir. Bu proses zamanı hissəciklər yüksək sürətlə bir-birinə toqquşdurulur (mikronizasiya prosesi) və nəticədə onların ölçüsü 2 μm-dan kiçik olan çox xırda hissəciklərə çevrilir (mikronizə edilmiş forma). Bu hissəciklər orqanizm tərəfindən iki qat daha asan mənimsənilir və xroniki venoz xəstəlik və babasilin müalicəsi zamanı damarların sağlamlığı və tonusunun artırılmasında Detraleks uğurunun əsasını təşkil edir. 6
Təhlükəsizlik məlumatları:
Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları
Detraleks 1000: mikronizə edilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: аyaqlarda ağırlıq hissi, аğrı, gecə qıcolmaları. Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi. İSTİFADƏ QAYDASI VƏ DOZA Daxilə qəbul edilir. Xroniki venoz xəstəlikdə: gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı: İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).
ƏKS GÖSTƏRİŞLƏR: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. EHTİYATLA: Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir. HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ: Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuyğundur. Dərmanın südlə ifrazolunması barədə məlumat yoxdursa, südvermə dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.
ƏLAVƏ TƏSİRLƏRİ: Yayılmış: ishal, dispepsiya, ürəkbulanma, qusma. Yayılmamış: kolit. Nadir: başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə. Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. DOZA HƏDDİNİN AŞILMASI Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması vəziyyətində diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir. XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. Detraleks qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. BURAXILIŞ FORMASI: N30. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün içlik vərəqəsi ilə tanış olun (Azərbaycan Respublikası SəhiyyəNazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 27.02.2024-cü il tarixində təsdiq edilmişdir).
Ədəbiyyat siyahısı:
1. IQVIA Detraleks satış göstəriciləri MAT (2021-ci ilin 2-ci rübü)
2. Nikolaides A., Kakkos S., Bekqor N. və digərlərinin "Aşağı ətraflarda xroniki venoz pozuntuların müalicəsi. Elmi faktlara əsaslanan tövsiyələr" adlı əsərindən uyğunlaşdırılıb. 1-ci hissə. Int Angiol. 2018;37(3):181-254.1
3. Qarner R.Ç., Qarner C.V., Qreqory S., Vattam M., Kalam A., Leonq D. "Sürətləndirilmiş kütlə spektrometriyası və maye sintilyasiyası sayımı yolu ilə sağlam könüllülər tərəfindən mikronlaşdırılmış Detraleks 500 mq) və mikronlaşdırılmamış 14C-diosmin həblərinin qəbulunun müqayisəsi". J Pharm Sci. 2002;91:32-40
4. Gili R., Pillion G., Frilö C., "Aşağı ətrafların venolimfatik sirkulyasiyasının simptomatik narahatıqlarında yeni venoaktiv mikronlaşdırılmış flavonoid fraksiyasının (S 5682) qiymətləndirilməsi: ikiqat kor plasebə nəzarətli tədqiqat". Phlebology. 1994;9:67-70.
5. Paskarella L., Lulik D., Penn A.H. və digərləri. "Eksperimental venoz klapan çatışmazlığında mexanizmlər və onların Detraleks 500 mq ilə modifikasiyası". Eur J Vasc Endovasc Surg. 2008;35(1):102-110.
6. Məhsul xüsusiyyətlərinin icmalı Detraleks
2025