09.05.2025

Oturaq həyat tərzi orqanizminizə, xüsusilə də, venoz çatışmazlığa necə təsir göstərir

Oturaq həyat tərzi orqanizmə, xüsusilə də aşağı ətraflara neqativ təsir (venoz çatışmazlığın inkişafı) göstərə bilər.[1] Venoz çatışmazlıq qanın aşağı ətraf venalarından ürəyə axının çətinləşməsi və aşağı ətraflarda durğunluğun inkişafı ilə müşayiət edilir. Oturaq həyat tərzi, piylənmə, ahıl yaş kimi risk faktorları bu vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.

 

Qan dövranı

Uzun müddət, xüsusilə də, dizlərin qatlanmış vəziyyətdə oturduğunuz halda (məsələn, masa və ya kompüter arxasında) aşağı ətraflarda qan dövranı çətinləşir.[2] Oturaq həyat tərzi baldır və pəncələrdə qanın durğunluğuna və qanın venalar ilə ürəyə tərəf hərəkətinin çətinləşməsinə səbəb olur. Venalara olan təzyiqin yüksəlməsi venoz çatışmazlığın inkişafına səbəb ola bilər.[3]

 

Əzələ aktivliyinin azalması

Oturaq həyat tərzi aşağı ətrafların əzələ aktivliyinin azalmasına səbəb olur. Baldır əzələləri qanın geri ürəyə axınında mühüm rol oynayır. Həmin əzələlər hərəkətsiz qaldığı halda onların nasos funksiyası zəifləyir ki, bu da qanın venalarda ləngiməsinə səbəb olur. Zaman ilə bu, venoz çatışmazlığın və venaların varikoz genişlənməsinin inkişafı ilə nəticələnə bilər.

 

Venalara olan təzyiqin yüksəlməsi

Uzun müddətli oturaq vəziyyət aşağı ətrafların damarlarına olan təzyiqi artırır. Bu təzyiq damarları sıxaraq qanın yuxarıya doğru axmasını daha da çətinləşdirir. Nəticədə, qan venalarda durğunlaşa və venoz çatışmazlığının inkişafına səbəb ola bilər.

 

Çəkinin artması və piylənmə

Oturaq həyat tərzi bədən çəkisinin artmasına və piylənmənin inkişafına səbəb ola bilər. Piylənmə, həmçinin, yüksək qan təzyiqi və şəkərli diabet kimi venoz çatışmazlığının digər risk faktorlarının inkişafının ehtimalını artırır.

 

Qamətin pozulması

Uzun müddətli oturaq vəziyyət qamətin pozulmasına (əyilmə, əyri duruş) səbəb ola bilər. Qamətin pozulması damarları sıxaraq qan axınına mane ola və qan axınının durğunluğu ilə nəticələnə bilər, bu da venoz çatışmazlığının riskini artırır. Oturaq vəziyyətdə düzgün qamətin saxlanılması, düzgün erqonomika və hərəkət etmək üçün müntəzəm qısa fasilələr bu riskin azalmasına səbəb ola bilər.[4]


Oturaq həyat tərzinin venoz çatışmazlığına və ümumi sağlamlıq vəziyyətinə neqativ təsirinin azaldılması üçün gündəlik rejimə müntəzəm fiziki aktivlik və hərəkətlər daxil edilməlidir. Hər 30 dəqiqədən bir ayağa durmaq, dartınmaq və hərəkət etmək üçün fasilələr edilməlidir, bu, qan dövranının yaxşılaşmasına və venoz çatışmazlığının inkişafı riskinin azalmasına səbəb ola bilər.[5] Məhz sizin üçün ən uyğun olan venoaktiv preparatlara dair məlumatı müalicə həkiminizdən alın. Məhz sizin üçün ən uyğun olan müalicə vasitələrindən yalnız sizin müalicə həkiminiz və ya əczaçı məlumatlıdır.

 

 

İstinadlar:

 

  1. Mayo Clinic. Sitting risks: How harmful is too much sitting? 2022 Sitting risks: How harmful is too much sitting? - Mayo Clinic
  2. Dunstan DW, Dogra S, Carter SE, Owen N. Sit less and move more for cardiovascular health: Emerging insights and opportunities. Nat Rev Cardiol. 2021;18(9)
  3. Chicago Vein Institute. Desk job effects on veins. 2022 https://www.chicagoveininstitute.com/desk-job-effects-veins/
  4. Sudoł-Szopińska I, Bogdan A, Szopiński T, Panorska AK, Kołodziejczak M. Prevalence of chronic venous disorders among employees working in prolonged sitting and standing postures. Int J Occup Saf Ergon. 2011;17(2):165-173.
  5. Eifell, R.K.G., Ashour, H.Y.A., Heslop, P.S., Walker, D.J. and Lees, T.A. (2006). Association of 24-hour activity levels with the clinical severity of chronic venous disease. Journal of Vascular Surgery, [online]. https://pubmed.ncbi.nlm.nih.gov/16950437/

2025