09.05.2025
Babasilə qarşı mübarizədə həyat tərzi dəyişiklikləri
Babasil dünyada milyonlarla insana təsir edən geniş yayılmış bir xəstəlikdir. Qiymətləndirməyə əsasən babasilin əhali arasında yayılması 4.4% təşkil edir.1 Babasil düz bağırsaqda və anusda venaların şişdiyi və iltihablaşdığı nəticəsində inkişaf edir. Bu, diskomfortun, ağrının və qanaxmanın inkişafına səbəb ola bilər. Babasilin bir çox müalicə növləri mövcud olsa belə, həyat tərzinin bəzi sadə dəyişiklikləri onu aradan qaldıra bilər.
Babasil ilə mübarizə aparmaq üçün həyat tərzində bəzi dəyişikliklər
Liflərin istifadəsinin artırılması
Babasilin əsas səbəblərindən biri qəbizlikdir.2 Qəbizlikdə defekasiya zamanı siz daha çox gücəndiyinizə görə düz bağırsaqda venalara təzyiq artır və babasil inkişaf edir. Qəbizliyin aradan qaldırılması üçün liflərin istifadəsi artırılmalıdır. Liflər nəcisin həcmini çoxaldır və onun evakuasiyasını asanlaşdırır ki, bu da gücənmənin qarşısını alır. Liflər meyvə, tərəvəz, taxıl və paxlalıların tərkibində tərkibində olur.3
Kifayət qədər mayenin qəbulu
Kifayət qədər mayenin qəbulu orqanizmin hidratasiyası və bağırsağın evakuasiyası üçün zəruridir. Bu, nəcisin yumşalmasına və babasilin inkişafına səbəb ola bilən qəbizliyin azalmasına yardımçı olur. Gündə ən azı 8 stəkan, və ya fiziki aktiv olduğunuz halda və ya isti hava şəraitində daha çox suyun içilməsi orqanizmdə maye tarazlığının qorunmasına və babasilin qarşısının alınmasına köməklik göstərir.
Müntəzəm olaraq məşq edin
Müntəzəm məşqlər ümumi sağlamlığın dəstəyi və babasil daxil olmaqla bir sıra sağlamlıq problemlərin qarşısının alınması üçün zəruridir. Məşqlər qan dövranını yaxşılaşdırır, stressi azaldır və bağırsağın müntəzəm evakuasiyasını təmin edir. Məşqlər, həmçinin, anusun və düz bağırsağın əzələlərini gücləndirir ki, bu da babasilin yaranmasının qarşısını ala bilər.4
Oturaq həyat tərzindən çəkinin
Uzunmüddətli oturaq vəziyyət düz bağırsaq nahiyəsindəki damarlar üzərində təzyiq yarada və babasilin yaranmasına səbəb ola bilər. İşiniz oturaq olduğu halda hər bir saatdan bir fasilə edərək gəzməyə çalışın. Siz, həmçinin, ayaqüstü masadan və ya oturmaq üçün xüsusi topdan istifadə etməyi də nəzərdən keçirə bilərsiniz. Bu düzgün qamətinizi qorumağa və düz bağırsaq nahiyəsindəki təzyiqi azaltmağa kömək edə bilər.5
Defekasiya zamanı gücənmədən çəkinin
Defekasiya zamanı gücənmə anal kanalın və düz bağırsağın venalarına güclü təzyiq göstərə və babasilin inkişafına səbəb ola bilər. Bunun qarşısını almaq üçün tələsməmək və defekasiya zamanı gücənmədən çəkinmək vacibdir. Bunun üçün siz tualetdə olduğunuz zaman rahatlanmalı və dərindən nəfəs almalısız.
Tualetdə həddindən artıq çox oturmayın
Uzun müddət tualetdə oturmaq, həmçinin, anal kanalın və düz bağırsağın venalarına təzyiqin artması ilə bağlı ola bilər. Defekasiya ilə probleminiz yarandığı halda ayağa qalxıb daha sonra birdə cəhd etməyiniz daha yaxşıdır.
Gigiyena qaydalarına riayət edin
Gigiyena qaydalarına riayət edilməsi babasilin inkişafının qarşısını ala bilər. Defekasiyadan sonra anal nahiyə tərkibində spirt olmayan salfet və ya isti su ilə təmizlənməlidir. Həmin nahiyənin qıcıqlanmasına səbəb ola bilən sərt sabunların və ya tualet kağızının istifadəsindən qaçının. Bu, qıcıqlanmanın azalmasına və infeksiyanın qarşısının alınmasına səbəb ola bilər.
Nəticə olaraq qeyd edək ki, babasil ağrılı və xoşagəlməz vəziyyət ola bilər, lakin həyat tərzinin sadə dəyişiklikləri onun qarşısını ala və effektiv tənzimləyə bilər. Liflər ilə zəngin qidanın qəbulu, maye qəbulu rejiminə riayət edilməsi, müntəzəm qaydada idman ilə məşqul olma, defekasiya zamanı gücənmədən qaçınma, tualetdə uzun müddət oturmama, gigiyena qaydalarına riayət edilməklə siz babasil ilə mübarizə apara və sağlamlığınızı yaxşılaşdıra bilərsiniz.
Bütün tövsiyələrə riayət etdiyiniz halda babasilin simptomlarından əziyyət çəkirsinizsə, həkimlə məsləhətləşməyiniz zəruridir. Həkiminiz sizə uyğun olan ən yaxşı müalicə növünü (məsələn, venoaktiv preparatlar və ya cərrahi müdaxilə) seçərək sizə köməklik edə bilər. Sizin üçün ən yaxşısını yalnız həkiminiz bilir!
- Kibret AA, Oumer M, Moges AM. Prevalence and associated factors of hemorrhoids among adult patients visiting the surgical outpatient department in the University of Gondar Comprehensive Specialized Hospital, Northwest Ethiopia. PLoS One. 2021 Apr 20;16(4):e0249736. doi: 10.1371/journal.pone.0249736. PMID: 33878128; PMCID: PMC8057569.
- Lohsiriwat, V. (2012). Hemorrhoids: from basic pathophysiology to clinical management. World Journal of Gastroenterology, 18(17), 2009–2017. https://doi.org/10.3748/wjg.v18.i17.2009
- National Institute of Diabetes and Digestive and Kidney Diseases. (n.d.). Hemorrhoids | NIDDK. [online] Available at: https://www.niddk.nih.gov/health-information/digestive-diseases/hemorrhoids
- Peery, A.F., Sandler, R.S., Galanko, J.A., Bresalier, R.S., Figueiredo, J.C., Ahnen, D.J., Barry, E.L. and Baron, J.A. (2015). Risk Factors for Hemorrhoids on Screening Colonoscopy. https://pubmed.ncbi.nlm.nih.gov/26406337/
- Sudoł-Szopińska, I., Bogdan, A., Szopiński, T., Panorska, A.K. and Kołodziejczak, M. (2011). Prevalence of Chronic Venous Disorders Among Employees Working in Prolonged Sitting and Standing Postures. International Journal of Occupational Safety and Ergonomics. https://pubmed.ncbi.nlm.nih.gov/21679668/
2025