09.05.2025
Qan dövranının yaxşılaşdırılması üçün ən yaxşı qida və içkilər
Xroniki venoz xəstəliyin müalicəsinə dair standart prosedurlar, adətən, reseptlə verilən dərmanların kombinasiyasını, aktivliyi artırmaq üçün tövsiyələri və kompressiya corablarının istifadəsi ilə müntəzəm məşqləri əhatə edir. Bununla yanaşı, qidalanma vərdişlərimizi dəyişərək və uyğunlaşaraq, özümüz də edə biləcəyimiz çox amillər vardır. Bu məqalədə biz, qan dövranını yaxşılaşdıran və venaların zədələnməsi zamanı istifadəsindən qaçınmalı qida məhsullarına və içkilərə xüsusi diqqət yetirərək, venalaramızın ümumi vəziyyətini yaxşılaşdıra biləcək əsas məqamları nəzərdən keçirəcəyik.
Qan dövranının yaxşılaşdırılması üçün faydalı olan qida məhsulları hansılardır?
Sağlam tarazlaşdırılmış pəhrizin tərtib edilməsi və ona riayət edilməsi sağlamlığın ümumi vəziyyətinin yaxşılaşdırılmasının ən yaxşı üsuludur. Lakin, qan dövranı və venaların sağlamlığı üçün xüsusi faydası olan bir sıra qida məhsulları mövcuddur. Aşağıda qan dövranının yaxşılaşdırılmasına səbəb olan müəyyən qida məhsullarının və, həmçinin, qida komponentlərinin, siyahısı təqdim edilmişdir.
Tərkibində bioflavonoidlər olan qida məhsulları
Bioflavonoidlər parlaq rəngli meyvə və tərəvəzlərin tərkibində olur, onların təbii strukturu antioksidantlar ilə yanaşı venoz çatışmazlığın və iltihabın yaranmasına səbəb olan oksidləşdirici zədələnmədən qoruyur.[1] Onların, həmçinin, C vitamininin təsirini gücləndirdiyi məlumdur. Onlar, həmçinin, sitrus və digər dərman otları daxil olmaqla müxtəlif bitki məhsulların və ekstraktların tərkibində mövcuddur.[2]
Bioflavonoidlər ilə zəngin qida məhsulları: brokkoli, xiyar, bolqar bibəri, ispanaq, tofu, üzüm, zoğal, böyürtkən, çiyələk, alma, limon, portağal, laym, qreypfrut və digər sitrus meyvələri.
Liflər
Liflər bitki mənşəli qida məhsulların tərkibində olan və bağırsağın düzgün fəaliyyəti üçün zəruri olan mürəkkəb karbohidratlardı. Liflərin qida rasionunda çatışmazlığı qəbizliyin inkişafına səbəb ola bilər ki, bu da aşağı ətraflarda qan dövranına olan yüklənməni artıraraq venaların varikoz genişlənməsinə və digər venoz xəstəliklərinin inkişafının daha yüksək riskinə səbəb ola bilər. Beləliklə, liflər ilə zəngin pəhriz qəbizliyin səbəb olduğu gərginliyi azaldaraq venaların sağlamlığını qoruyur.
Liflər ilə zəngin qida məhsulları: mərcimək, çia toxumu, kətan toxumu, qəhvəyi düyü, və yulaf.
Göyərti
Kərəviz, kahı, kələm sağlam qan dövranının dəstəyində mühüm rol oynayan maqnezium mənbəyidir.
Bundan başqa, göyərti venaların varikoz genişlənməsi və ya digər venoz xəstəliklər nəticəsində yaranan aşağı ətraflarda ödemin azalmasına səbəb olan təbii diuretikdir.
Sarımsaq: təbii qan durulaşdırıcı
Əsrlər boyu sarımsaq ürək-damar xəstəliklərinin qarşısının alınmasına və arterial təzyiqin effektiv azalmasına səbəb olan təbii dərman vasitəsi kimi tanınır.
Göstərilmişdir ki, sarımsağın qida rasionunda istifadəsi ürək-damar xəstəlikləri riskinin 16-40% azalması ilə əlaqəlidir. Digər tədqiqatlar həmçinin göstərmişdir ki, sarımsağın 3 ay müddətində gündə 2 dəfə istifadəsi yuxarı ətraflarda qan dövranın 50% yaxşılaşması ilə nəticələnmişdir.[3]
Zəncəfil
Zəncəfil öz faydalı xüsusiyyətlərinə görə ənənəvi çin və hind təbabətinin mühüm elementidir. Zəncəfil yüksək qan təzyiqi riskini azaldaraq qan dövranının yaxşılaşdırılmasına səbəb olur.
Yağlı balıq
Nərə balığı və ya skumbriya kimi yağlı balıq qan dövranına müsbət təsir göstərən və trombların əmələ gəlməsinin qarşısını alan omeqa-3 yağ turşularının mənbəyidir.[4]
Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq yağı tərkibli qida əlavələri həmçinin yüksək qan təzyiqinin enməsinə və periferik qan dövranının yaxşılaşmasına səbəb ola bilər.[5]
Qan dövranını yaxşılaşdıran içkilər
Hidratasiya, qidalanma ilə yanaşı qan dövranının yaxşılaşdırılması və venoz xəstəliklərin inkişafı riskinin azalması üçün ən yaxşı vasitədir.
Orqanizmdə mayenin səviyyəsinin kifayət qədər saxlanılması sağlam həyat tərzinin ayrılmaz bir hissəsidir. Dehidratasiya böyrəklər və ürək kimi həyati vacib orqanlara təsir göstərərək, enerji səviyyəsini azaldaraq, qan dövranını pisləşdirərək və bədən temperaturunu yüksəldərək orqanizmin fəaliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Həddindən artıq yüksək hava temperaturu ilə keçən uzunmüddətli və isti yay aylarında hidratasiya məsələləri xüsusilə nəzərdən keçirilməlidir.
Su, şübhəsiz ki, gündəlik həyatımızda mayenin əsas mənbəyi olmalıdır, lakin gəlin digər içkiləri və onların qan dövranına müsbət təsirlərini nəzərdən keçirək.
Yaşıl çay
Yaşıl çay orqanizmi sərbəst radikallardan qoruyan antioksidant xüsusiyyətləri ilə məşhurdur. Yaşıl çay həmçinin vazodilatasiyaya səbəb olaraq qan dövranını yaxşılaşdırır.
Bu səbəbdən yaşıl çay havanın temperaturundan asılı olmayaraq gün ərzində içmək üçün əla seçimdir.
Nar şirəsi
Nar şirəsi antioksidantlar və qan damarlarının divarlarını möhkəmləndirən C vitamini kimi digər qida maddələri və vitaminlər ilə zəngin olan qan dövranını yaxşılaşdıran faydalı bir vasitədir. Venaların varikoz genişlənməsi ilə pasiyentlərdə isifadəsi üçün nəzərdə tutulmuş iltihabəleyhinə xüsusiyyətlərə malik olan mükəmməl vasitədir.
Meyvə şirələri və smuzi
Meyvə şirələri və smuzi – bütün faydalı vitaminlərin və qida maddələrinin bir stəkanda birləşdirilməsinin ən yaxşı üsulu olub, tövsiyə edilən “gündə 5 porsiya” hədəfinin əldə edilməsi üçün əla başlanğıcdır.
Smuzinin istifadəsi zamanı qan dövranının daha effektiv yaxşılaşdırılması üçün zəfəran və ya zəncəfil əlavə edilə bilər.
Zəif qan dövranı zamanı pəhriz: istifadəsindən qaçınmalı qida məhsulları
Venaların varikoz genişlənməsinin və ya xroniki venoz çatışmazlığının istənilən digər formasının qarşısının alınması üçün aşağıda sadalanan qida məhsulların və içkilərin istifadəsindən mümkün qədər qaçınmaq lazımdır:
- Duzun istifadəsini azaldın, kaliumun istifadəsini artırın. Duz mayenin orqanizmdə ləngiməsini gücləndirə bilər ki, bu da venaların varikoz genişlənməsinə birbaşa neqativ təsir göstərir. Bundan başqa, duz arterial təzyiqin yüksəlməsini və venaların ödemini gücləndirə bilər.[6] Digər tərəfdən kalium ilə zəngin qida məhsulları (banan, paxla, kartof, balqabaq) mayenin orqanizmdə ləngiməsini azalda və arterial təzyiqin enməsinə səbəb ola bilər.[7] Qeyd etmək lazımdır ki, bu iki elektrolit orqanizmdə hüceyrə səviyyəsində bir-birinə əks təsir göstərir: kalium hüceyrəyə daxil olduqda, duz dərhal hüceyrədən kənar çıxır!
- Emal olunmuş ətin istifadəsini azaldın. Göstərilmişdir ki, emal olunmuş qırmızı ət ürək-damar xəstəliklərinin riskini yüksəldə bilər.[8] emal olunmuş ətin digər formalarının (bekon, kolbasa) tərkibində daha çox duz olduğu üçün onların istifadəsi hipertoniyanın inkişafı riski ilə bağlıdır.[9] Qeyd olunan qida məhsulların əvəzinə tərəvəzlərə üstünlük verin və işlənmiş ətin istifadəsini azaldın.
- Yüksək emal dərəcəsi ilə qida məhsullarının istifadəsindən qaçının. Bu növ qida məhsullarının hazırlanmasında adətən evdə təzə hazırlanmış yeməklərdə isifadə edilməyən maddələrdən (qida boyası, aromatizator, hidrogenləşdirilmiş yağlar və digər süni dadverici maddələr) istifadə edilir. Beləliklə, yüksək emal dərəcəsi olan qida məhsullarının daimi istifadəsi sağlamlığımıza mənfi təsir göstərə bilər.[10]
Nəticə olaraq, demək olar ki sağlam qidalanma, müntəzəm fiziki məşqlər, optimal hidratasiya səviyyəsinin saxlanılması və stressin azaldılması venaların sağlamlığının qorunmasında və venoz xəstəliklərin inkişafı riskinin azaldılmasında mühüm rol oynayır.
Aşağı ətraflarda xoraların yaranması kimi fəsadlar ilə müşayiət olunan xroniki venoz xəstəliklər ilə mübarizə üçün həyat tərzinin digər dəyişiklikləri barəsində daha çox məlkumat əldə edin. Məhz sizin üçün hansı venoaktiv preparatın daha uyğun olduğuna dair həkim ilə məsləhətləşməyiniz tövsiyə edilir. Xroniki venoz xəstəlik xoralar kimi ciddi fəsadların inkişafı ilə nəticələnə bilər, bu səbəbdən, əksər proqressivləşən xəstəliklərdə olduğu kimi, zaman həlledici rol oynayır. Kremlərin diskomfortu aradan qaldırsa da, bəzi peroral vasitələr problemin səbəbinə təsir edərək sürətli təsir göstərir və xroniki venoz xəstəliyin ağırlaşmasının qarşısını alır.[11]
References
- Panche, A. N., Diwan, A. D., & Chandra, S. R. (2016). Flavonoids: an overview. Journal of nutritional science, 5, e47. https://doi.org/10.1017/jns.2016.41
- Citrus Bioflavonoids Boost Blood Vessel Health. FNPA. Accessed on 12th September 2022. https://www.fnpa.org/citrus-bioflavonoids-boost-blood-vessel-health/
- Amanda J. Lee, Christine J. Evans, Cathyrn M. Hau, F.Gerald R. Fowkes,Fiber intake, constipation, and risk of varicose veins in the general population: Edinburgh Vein Study, Journal of Clinical Epidemiology, Volume 54, Issue 4, 2001, Pages 423-429, ISSN 0895-435.
- Banerjee SK, Maulik SK. Effect of garlic on cardiovascular disorders: a review. Nutr J. 2002 Nov 19;1:4. doi: 10.1186/1475-2891-1-4. PMID: 12537594;
- Ried K. Garlic lowers blood pressure in hypertensive subjects, improves arterial stiffness and gut microbiota: A review and meta-analysis. Exp Ther Med. 2020 Feb;19(2):1472-1478. doi: 10.3892/etm.2019.8374. Epub 2019 Dec 27.
- Mahdavi-Roshan M, Mirmiran P, Arjmand M, Nasrollahzadeh J. Effects of garlic on brachial endothelial function and capacity of plasma to mediate cholesterol efflux in patients with coronary artery disease. Anatol J Cardiol. 2017 Aug;18(2):116-121. doi: 10.14744/AnatolJCardiol.2017.7669. Epub 2017 May 24.
- Wang Y, Yu H, Zhang X, Feng Q, Guo X, Li S, Li R, Chu D, Ma Y. Evaluation of daily ginger consumption for the prevention of chronic diseases in adults: A cross-sectional study. Nutrition. 2017 Apr;36:79-84. doi: 10.1016/j.nut.2016.05.009. Epub 2016 Jun 3.
- Cohen MG, Rossi JS, Garbarino J, Bowling R, Motsinger-Reif AA, Schuler C, Dupont AG, Gabriel D. Insights into the inhibition of platelet activation by omega-3 polyunsaturated fatty acids: beyond aspirin and clopidogrel. Thromb Res. 2011 Oct;128(4):335-40.
- Pearson SJ, Johnson T, Robins A. Fish oil supplementation, resting blood flow and markers of cellular metabolism during incremental exercise. Int J Vitam Nutr Res. 2014;84(1-2):18-26.
- Watso JC, Farquhar WB. Hydration Status and Cardiovascular Function. Nutrients. 2019 Aug 11;11(8):1866. doi: 10.3390/nu11081866. PMID: 31405195; PMCID: PMC6723555.
- Din USU, Sian TS, Deane CS, Smith K, Gates A, Lund JN, Williams JP, Rueda R, Pereira SL, Atherton PJ, Phillips BE. Green Tea Extract Concurrent with an Oral Nutritional Supplement Acutely Enhances Muscle Microvascular Blood Flow without Altering Leg Glucose Uptake in Healthy Older Adults. Nutrients. 2021 Oct 29;13(11):3895. doi: 10.3390/nu13113895. PMID: 34836149; PMCID: PMC8619110.
- Trexler ET, Smith-Ryan AE, Melvin MN, Roelofs EJ, Wingfield HL. Effects of pomegranate extract on blood flow and running time to exhaustion. Appl Physiol Nutr Metab. 2014 Sep;39(9):1038-42. doi: 10.1139/apnm-2014-0137. Epub 2014 May 16.
- Edwards DG, Farquhar WB. Vascular effects of dietary salt. Curr Opin Nephrol Hypertens. 2015 Jan;24(1):8-13.
- Reducing sodium and increasing potassium may lower risk of cardiovascular disease. (2021, November 16). News. Retrieved September 14, 2022, from https://www.hsph.harvard.edu/news/press-releases/reducing-sodium-and-increasing-potassium-may-lower-risk-of-cardiovascular-disease/
- Red meat consumption linked to increased CVD mortality. Nat Rev Cardiol 9, 312 (2012).
- David C. Paik, Thomas D. Wendel, Harold P. Freeman, Cured meat consumption and hypertension: an analysis from NHANES III (1988-94), Nutrition Research, Volume 25, Issue 12, 2005, Pages 1049-1060(https://www.sciencedirect.com/science/article/pii/S0271531705002290)
- Elizabeth L, Machado P, Zinöcker M, Baker P, Lawrence M. Ultra-Processed Foods and Health Outcomes: A Narrative Review. Nutrients. 2020 Jun 30;12(7):1955.
- Mansilha A, Sousa J. Pathophysiological Mechanisms of Chronic Venous Disease and Implications for Venoactive Drug Therapy. Int J Mol Sci. 2018 Jun 5;19(6):1669.
2025