02.06.2025
Babasil: həkimə nə zaman müraciət etmək lazımdır?
Babasil dünya üzrə geniş yayılmış və ümumiyyətlə əhali arasında ən çox rast gəlinən tibbi vəziyyətlərdən biri kimi tanınır.1 Təkcə ABŞ-da təxminən əhalinin 20%-nə babasil diaqnozu qoyulmuşdur, lakin narahatedici məqam ondan ibarətdir ki, qadınların həkimə müraciət edərək babasili bildirmə ehtimalı kişilərə nisbətən xeyli yüksəkdir.2
Əgər sizi babasil narahat edir və siz tərəddüd içindəsinizsə, həkimə nə zaman müraciət etməli olduğunuzu düşünürsünüzsə – bu xəbərdarlıq göstəriciləri sizə vaxtında tədbir görməyə və peşəkar tibbi yardım almağa kömək edə bilər.
Göstərici
Babasil nədir və təhlükəli ola bilərmi? Babasil: həkimə müraciət etməyin vaxtının 4 əlaməti: Bir həftədən çox davam edən babasil Qanayan babasil Prolaps edən babasil Ağrılı babasil
|
Babasil nədir və təhlükəli ola bilərmi?
Babasil zamanı anal dəlik ətrafında, anal kanalda və düz bağırsaqda olan damarlar, əzələlər və birləşdirici toxuma ödemli olur, adətən gərginlik zamanı böyüyür və aşağı ətraf venaların varikoz genişlənməsinə bənzəyir. Babasil (və ya hemorroid düyünləri) adlandırdığımız vəziyyət həmin venaların ödemli olub böyüyən və genişlənən zamanı inkişaf edir.[1]
Babasilin adətən 2 növü olur:
- Daxili babasil. Daxili babasil düyünləri qanaya bilər, lakin yerləşməsinə görə görünməyə bilər.
- Xarici babasil. Anusun xarici hissəsində sinir ucları çox olduğundan, xarici babasil düyünləri adətən ağrılı olur, onlar, həmçinin, qanaya bilər və daha asan aşkar edilə bilər.[2]
Babasil olduqca güclü narahatçılığa səbəb ola bilər və residivləşən və ya xroniki ola bilər, xüsusilə də 50 yaşdan sonra. Bu yaş qrupunda, qiymətlədirməyə əsasən, 50% şəxslərdə ən azı 1 dəfə rektal qanaxma qeyd olunmuşdur.
Müalicə olunan babasil təhlükəli olmasa da, babasil xəstəliyi degenerativ xarakter daşıyır və sürətlə inkişaf edib ağırlaşa bilər. Aşağıda babasilin 4 əsas dərəcəsi təqdim edilmişdir:
- Dərəcə I. Düyünlər görünür, lakin prolaps etmir.
- Dərəcə II. Düyünlər prolaps edir lakin spontan olaraq yerinə qayıdır.
- Dərəcə III. Bu dərəcədə babasil düyünləri prolaps edir, lakin spontan yox, manual olaraq yerinə qaytarılır.
- Dərəcə IV. Babasil düyünləri yerinə qayıtmır.[3]
Babasil sağalmadığı və proqressivləşdiyi halda ağırlaşmanın qarşısının alınması məqsədi ilə ixtisaslaşdırılmış yardım üçün müraciət edilməlidir. Həkimə müraciət etmək zərurətinin bir sıra ümumi əlamətləri vardır.
Babasil: həkimə müraciət etməyin vaxtının 4 əlaməti
Babasil ilə pasiyentlərin 40%-də simptomlar mövcud deyil.4 Peroral venotonik preparatlar kimi effektiv preparatlar ilə müalicənin aparılması üçün həkimə müraciət etmək tövsiyə edilir.
- 1 həftədən çox davam edən babasil. Adətən, kiçik ölçülü babasil müalicə aparılmadan bir neçə gün müddətində aradan qaldırılır. Lakin, bir həftədən çox davam edən babasil artıq tibbi yardımın göstərilməsi tələb olunur. Daha ətraflı məlumat ilə “Babasil neçə müddət davam edir?” məqaləsində tanış ola bilərsiniz.
- Qanayan babasil. Babasil qanayan halda həssas dəri zədələnmiş olur və yaranın sağalması üçün müvafiq tibbi yardım tələb olunur. Qanaxma defekasiya ilə bağlı ola bilər və defekasiya zamanı daha da güclənə bilər.5 Lakin, rektal qanaxmanın səbəbi dəridə olan xora və ya nekroz olduğu halda , qanaxma daha ciddi ola bilər. Bu hallarda təcili tibbi yardım zəruridir.6 Qanayan babasil və onun müalicəsi haqqında daha ətraflı məlumat ilə tanış ola bilərsiniz.
- Prolaps edən babasil. Hemorroidal düyünlərin prolapsı bayıra çıxan düyünlərə aid olub, müvafiq tibbi yardım göstərilmədiyi halda prolaps 4-cü dərəcəyə çata bilər, həmin dərəcədə düyünlər ağrılı olub manual olaraq yerinə qaytarıla bilmir.7
- Ağrılı babasil. Babasil zamanı diskomfort normal hal ola bilər. Lakin, ümumi qıcıqlanma və diskomfort kəskin ağrıya qədər inkişaf etdiyi halda mütləq həkimə müraciət edilməlidir.8 Ağrı daha çox xarici babasil ilə bağlıdır və ağrının güclənməsi babasil prolaps etməyinin əlamətidir.9 Babasil zamanı ödemin azaldılması haqqında məlumatı burda əldə bilərsiniz.
Bir çox insanın bu kimi məsələləri həkimlərlə müzakirə etməkdə tərəddüd etmələrinin açıq səbəbləri vardır: utancaqlıq, təvazökarlıq və s. Lakin, qeyd olunan tibbi problemlər degenerativ xarakter daşıdığı üçün onların tez bir zamanda həll edilməsi tələb olunur: necə deyərlər - “Zamanında atılan bir tikiş, doqquz tikişdən qurtarar”. Babasil ilə bağlı digər potensial risk faktoru pasiyentlərin demək olar ki həmişə öz-özünə diaqnoz qoyulması və digər, daha ciddi xəstəliklərin diqqətsiz qalmasıdır.
Digər tərəfdən tibbi yardım üçün vaxtında müraciət etməyin bir üstünlüyü vardır. İxtisaslaşmış yardım mühüm rol oynayır, çünki residivlərin rast gəlinmə tezliyi medikamentoz müalicədən sonra ilk 5 il müddətində 50%-ə çata bilər və həkim müalicə və profilaktik məqsəd ilə peroral flavonoid (venotonik) preparatlar təyin edə bilər.
References
- Lohsiriwat V. Treatment of hemorrhoids: A coloproctologist's view. World J Gastroenterol. 2015 Aug 21;21(31):9245-52.
- Sandler RS, Peery AF. Rethinking What We Know About Hemorrhoids. Clin Gastroenterol Hepatol. 2019 Jan;17(1):8-15.
- Harvard Health. (2021, November 16). Hemorrhoids and what to do about them. Retrieved September 28, 2022, from https://www.health.harvard.edu/diseases-and-conditions/hemorrhoids_and_what_to_do_about_them
- Khan, M. A. (2020, October 1). “PNR-Bleed” classification and Hemorrhoid Severity Score—a novel attempt at classifying the hemorrhoids | Journal of Coloproctology. Retrieved September 28, 2022, from https://jcol.elsevier.es/en-pnr-bleed-classification-hemorrhoid-severity-scorea-articulo-S2237936320300423
- Godeberge P, Sheikh P, Zagriadskiĭ E, Lohsiriwat V, Montaño AJ, Košorok P, De Schepper H. Hemorrhoidal disease and chronic venous insufficiency: Concomitance or coincidence; results of the CHORUS study (Chronic venous and HemORrhoidal diseases evalUation and Scientific research). J Gastroenterol Hepatol. 2020 Apr;35(4):577-585.
- Riss S, Weiser FA, Schwameis K, Riss T, Mittlböck M, Steiner G, Stift A. The prevalence of hemorrhoids in adults. Int J Colorectal Dis. 2012 Feb;27(2):215-20.
- International Surgery Journal. Ali SA et al. Int Surg J. 2017 Jun;4(6):1936-1939.http://www.ijsurgery.com
- Tseng CA, Chen LT, Tsai KB, Su YC, Wu DC, Jan CM, Wang WM, Pan YS. Acute hemorrhagic rectal ulcer syndrome: a new clinical entity? Report of 19 cases and review of the literature. Dis Colon Rectum. 2004 Jun;47(6):895-903; discussion 903-5.
- Hemorrhoids: Expanded Version | ASCRS. (n.d.). Retrieved September 28, 2022, from https://fascrs.org/patients/diseases-and-conditions/a-z/hemorrhoids-expanded-version
- Sheikh, Parvez; Régnier, Catherine; Goron, Fabienne; Salmat, Ghislaine (2020). The prevalence, characteristics and treatment of hemorrhoidal disease: results of an international web-based survey. Journal of Comparative Effectiveness Research, (), cer-2020-0159–.
- Sun Z, Migaly J. Review of Hemorrhoid Disease: Presentation and Management. Clin Colon Rectal Surg. 2016 Mar;29(1):22-9.
- NCBI - Internal Hemorrhoid. Retrieved September 28, 2022, from https://www.ncbi.nlm.nih.gov/books/NBK537182/
2025