09.05.2025

Babasil nə qədər müddət davam edir?

Çox güman ki, həyatımızın bir dönəmində bir çoxumuz babasildən əziyyət çəkəcəyik.[1] Babasil yalnız yayılmış bir xəstəlik deyil, həm də müxtəlif səbəblərdən residivləşən xəstəlikdir.[2] Ən çox babasil defekasiya zamanı gücvermə, hamiləlik, oturaq həyat tərzi, piylənmə, xroniki qəbizlik və ya ishal zamanı və ya digər səbəblərdən yaranır.

Babasil bütün dünyada daha çox böyüklər (cavan və ahıl yaşlılar) arasında yayılmışdır, lakin onun davam etmə müddətini bilirsinizmi?

 

İndeks:

 

-       Babasil: onu necə tanımaq olar?

-       Babasil simptomları nə qədər müddət davam edir?

 

Babasil: onu necə tanımaq olar?

Babasilin adətən 2 əsas növü olur: xarici və daxili. Xarici babasil anal dəlik ətrafında və ya ona yaxın yerləşir, daxili babasil isə düz bağırsaqda inkişaf edir və anal kanala qədər yayıla bilir. Yerləşməsinə görə xarici babasilin, daxili babasil ilə müqayisədə diaqnostikası daha rahatdır, lakin xarici babasil daha ağrılıdır.[3]

Bundan başqa, babasil tromblaşmış və tromblaşmamış ola bilər:

  • Tromblaşmış babasil zamanı iltihablaşmış venada qan laxtası olur ki, bu da düyünlərin daha ləng sağalmasına, onların böyüməsinə və ağrılı olmasına səbəb ola bilər.
  • Tromblaşmamış babasil zamanı qan laxtası olmadığı üçün düyünlər daha tez bir zamanda sağalır.[4],[5]

Babasil daha çox yayılmış simptomları ağrı, rektal qanaxma və ya düz bağırsaqdan ifrazat ola bilər. Lakin, simptomların ağırlıq dərəcəsi cuzi qıcıqlanmadan ciddi diskomfort və ağrıya qədər dəyişə bilər. Qeyd olunan simptomlara əsasən babasil 4 dərəcəyə bölünə bilər və həmin dərəcələr babasilin davam etmə müddətinin müəyyən edilməsində kömək ola bilər:

  • Dərəcə I (yüngül): birinci dərəcəli babasil, düyünlər görünür, lakin prolaps olmur.
  • Dərəcə II (orta): düyünlər bayıra çıxır (prolaps baş verir), lakin öz-özünə geri qayıdır.
  • Dərəcə III (ağır): düyünlər bayıra çıxır (prolaps baş verir), lakin öz-özünə yox, manual olaraq yerinə qaytarıla bilir.
  • Grade IV (çox ağır): yerinə qayıtmayan düyünlər.[6]

Babasilin ilk simptomu pəhrizdən və fiziki məşqlərdən asılı olaraq müxtəlif intervallı tenezmalar ilə müşayiət olunan düz bağırsağın həddindən artıq dolması hissidir. Düz bağırsağın toxuması həmçinin ödemli, qanlı, hiperemik ola və qaşına bilər. Bəzən, həmçinin, gücənmə nəticəsində defekasiya zamanı və ya defeksiyadan sonra düz bağırsaqdan qanaxma ola bilər. Həmçinin, defekasiya zamanı ağrı və diskomfort ola bilər. Bundan başqa, liflər ilə zəngin olmayan pəhriz nəticəsində nəcis kütləsi tam xaric oluna bilmədiyi üçün anal dəlik ətrafına nəcis qalıqları səbəbindən həmin nahiyədə qaşınma ola bilər.[7]

Babasil peroral venoaktiv preparatlar kimi effekti təsdiq edilmiş dərman vasitələri ilə asanlıqla müalicə olunsa da, bəzi pasiyentlərdə yüksək hərarət, yorğunluq və iştahsızlıq kimi fəsadlar inkişaf edə bilər, xüsusilə də xroniki babasil zamanı. Qeyd olunan hallarda optimal müalicə kursunun seçimi məqsədi ilə həkimə müraciət etmək lazımdır.

 

Babasil simptomları nə qədər müddət davam edir?

Babasil düz bağırsaqda və ya anal kanalda olan ödemli, iltihablı və ağrılı venalardı, bu səbəbdən, ödemin dərəcəsindən asılı olaraq babasil bir neçə gündən bir həftəyə qədər davam edə bilər.

Babasilin davam etmə müddəti düyünlərin ölçüsündən də asılıdır. Kiçik hemorroidal düyünlər adətən bir neçə reseptsiz buraxılan dərman preparatların istifadəsi, pəhriz və həyat tərzində bəzi dəyişikliklər nəticəsində bir neçə gün müddətində ardan qaldırılır.

Bəzi pasiyentlərdə babasil heç bir müalicə tələb etmədən spontan aradan qaldırıla bilər, lakin bəzi preparatlar (məsələn, şamlar), həyat tərzində dəyişikliklər (liflər ilə zəngin ola qida məhsulların istifadəsi) və digər reseptsiz buraxılan dərman vasitələri (venotoniklər) babasilin daha tez aradan qaldırılmasına kömək ola bilər.

Lakin, bir həftədən çox babasildən əziyyət çəkirsizsə bu hemoroidal düyünlərin prolaps etməsi və ya fəsadlaşması ilə bağlı ola bilər. Qeyd olunan babasil növləri sağalma üçün daha uzun müddət və, həmçinin, müalicəni tələb edir.[8]

Hamiləlik zamanı və ya doğuşdan sonra qarın boşluğunda və düz bağırsaqda yüksək təzyiq səbəbindən babasilin sağalması üçün daha uzun müddət tələb edilə bilər.[9]

Ağır hallarda, digər müalicə üsulları qeyri-effektiv olduğu halda cərrahi müdaxilə aparıla bilər.

Istənilən halda, babasil - əhalinin böyük hissəsində müxtəlif yaş qruplarında və həyatın müxtəlif mərhələlərində rast gəlinən geniş yayılmış xəstəlikdir, bizim həyat tərzimiz və gündəlik vərdişlərimiz isə vəziyyəti daha da ağırlaşdırır. Bu səbəbdən bir çox insan bu ağırılı və xoşagəlməz vəziyyətin müalicəsinin yollarını axtarır.

Mövcud müalicə üsullarının geniş spektrinin həkim ilə müzakirə edilməsi tövsiyə olunur, həmin müalicə üsullarına tez bir zamanda xəstəliyin ağrılı simptomlarını aradan qaldıran və eyni zamanda qan axınını yaxşılaşdıran və venaların tonusunu gücləndirən, həmçinin uzunmüddətli profilaktika məqsədi ilə istifadə edilən venoaktiv flavonoid preparatlar daxildir.[10]

References

  1. Hemorrhoids | inx Medical. (2017, May 1). INX Medical. Retrieved October 3, 2022, from https://www.inxmedical.com/hemorrhoids/#:%7E:text=Hemorrhoids%20are%20the%20most%20common,have%20them%20after%20age%2050.
  2. Fontem, R., Eyvazzadeh, D. (2021). Internal Hemorrhoid. National Library of Medicine. Retrieved on 3rd October 2022 from https://www.ncbi.nlm.nih.gov/books/NBK537182/
  3. Riss S, Weiser FA, Schwameis K, Riss T, Mittlböck M, Steiner G, Stift A. The prevalence of hemorrhoids in adults. Int J Colorectal Dis. 2012 Feb;27(2):215-20.
  4. Harvard Health. (2021b, November 16). Hemorrhoids and what to do about them. Retrieved October 3, 2022, from https://www.health.harvard.edu/diseases-and-conditions/hemorrhoids_and_what_to_do_about_them
  5. Sahin, Mutlu; Emektar, Emine; Kılıç, Nedim Arda; Ozturk, Dogan; Bulus, Hakan  (2020). The role of platelet parameters in thrombosed hemorrhoids. Journal of Coloproctology, 40(4), 362–367.  
  6. Gebbensleben O, Hilger Y, Rohde H. Aetiology of thrombosed external haemorrhoids: a questionnaire study. BMC Res Notes. 2009 Oct 23;2:216.
  7. Godeberge P, Sheikh P, Zagriadskiĭ E, Lohsiriwat V, Montaño AJ, Košorok P, De Schepper H. Hemorrhoidal disease and chronic venous insufficiency: Concomitance or coincidence; results of the CHORUS study (Chronic venous and HemORrhoidal diseases evalUation and Scientific research). J Gastroenterol Hepatol. 2020 Apr;35(4):577-585.
  8. Lohsiriwat V. Hemorrhoids: from basic pathophysiology to clinical management. World J Gastroenterol. 2012 May 7;18(17):2009-17.
  9. Sobrado, C.W, Almeida Obregon, C. et al. (2020). A new classification of Hemorrhoidal Disease. Annals of Coloproctology.
  10. Gojnic M, Dugalic V, Papic M, Vidaković S, Milićević S, Pervulov M. The significance of detailed examination of hemorrhoids during pregnancy. Clin Exp Obstet Gynecol. 2005;32(3):183-4.
  11. Shelygin Y, Krivokapic Z, Frolov SA, et al. Clinical acceptability study of micronized purified flavonoid fraction 1000 mg tablets versus 500 mg tablets in patients suffering acute hemorrhoidal disease. Curr Med Res Opin. 2016;32(11):1821-1826.

2025