07.05.2026
Yuxu zamanı ayaqlarda qan dövranını necə yaxşılaşdırmaq olar?
Yuxu zamanı ayaqlarda qan dövranını necə yaxşılaşdırmaq olar: Ətraflı bələdçi
Bir çox insan flebopatiyadan əziyyət çəkir, bu xəstəlik ayaqlarda qan dövranının zəif olması ilə xarakterizə olunur və tez-tez narahatlıq, keyimə və ayaq sağlamlığında daha ciddi problemlərə səbəb olur. Ümumi sağlamlıq vəziyyətini qorumaq üçün ayaqlarda qan dövranının yaxşılaşdırılması vacibdir. Zəif qan dövranına müxtəlif amillər səbəb olsa da, bu problemi yuxu zamanı həll etmək vacibdir, çünki yuxu gündəlik həyatımızın vacib hissəsini təşkil edir. Bu ətraflı bələdçidə yuxu zamanı ayaqlarda qan dövranını yaxşılaşdırmaqda sizə kömək edə biləcək müxtəlif üsulları və həyat tərzinizə dair dəyişikliklərini araşdıracağıq.
Ayaqlarınızı yuxarı qaldırın:
Yuxu zamanı ayaqlarda qan dövranını yaxşılaşdırmağın ən sadə yollarından biri ayaqları yuxarı qaldırmaqdır.[1] Ayaqların yuxarı qaldırılması qanın ürəyə daha sərbəst şəkildə axmasına imkan verir. Yuxu zamanı ayaqlarınızı qaldırmaq üçün onların altına yastıq və ya balış qoymağı düşünün. Bu vəziyyət ayaqlardan qanın geri axınını təşviq edir, şişkinliyi və narahatlığı azaldır.[2]
Sağlam yuxu mühiti yaradın:
Sağlam yuxu mühitinin yaradılması ayaqlarda qan dövranının yaxşılaşdırılmasında vacib rol oynayır. Otağınızın yaxşı havalandırıldığından və rahat temperaturun olduğundan əmin olun. Otağın həddən artıq isti və soyuq olmasına izin verməyin, çünki ekstremal temperatur qan dövranına mənfi təsir göstərə bilər. Bundan əlavə, düzgün onurğa düzülüşünü təmin edən və ayaqlara düşən təzyiqi azaldaraq qan dövranını yaxşılaşdıran dəstəkləyici döşək və yastıq seçin.
Kompressiyaedici qısa və uzun corablar geyinin:
Kompressiyaedici corablar ayaqlara yumşaq təzyiq göstərir, qan dövranına yardım edir. Bu corablar ayaq əzələləri və damarları sıxaraq təsir edir, qanı ürəyə doğru itələməyə yardım edir. Əgər ayaqlarınız tez-tez şişirsə və ya narahatlıq hiss edirsinizsə, yuxu zamanı kompressiyaedici corab geyinməyi nəzərə alın.[3]
Müntəzəm məşqlər və dartınma:
Gün ərzində müntəzəm olaraq idman və dartınma hərəkətlərinin icrası ayaqlarda qan dövranının yaxşılaşdıra, beləliklə yuxu keyfiyyətini artıra bilər. İdman ayaq əzələlərini gücləndirməyə kömək edir və qan dövranını yaxşılaşdırır[4]. Daha yüngül məşq növlərini, məsələn, gəzmək, üzgüçülük və ya velosiped sürməyi nəzərə alın, çünki onlar oynaqlar üçün ağır deyil, ürək-damar sistemi üçün isə faydalıdırlar. Əlavə olaraq, qan dövranını daha da yaxşılaşdırmaq üçün gündəlik vərdişlərinizə sadə ayaq dartınmalarını əlavə edin.
Ayağı-ayağın üstünə aşırıb (çarpazlaşdırıb) oturmaqdan çəkinin:
Gün ərzində və ya yuxuda uzun müddət ərzinə ayağı-ayağın üstünə aşırıb oturduğunuz zaman qan axını məhdudlaşır və narahatlıq hissi yaranır. Xüsusilə uzanan zaman ayağı-ayağın üstünə aşırmamaq üçün şüurlu şəkildə cəhd edin. Ayaqlarınızın təbii və rahat vəziyyətdə qalmasına və gecə ərzində düzgün qan dövranının baş verməsinə izin verin.
Masaj terapiyası və özünə qulluq üsullarından istifadə edin:
Masaj əzələləri rahatladaraq və qan dövranını asanlaşdıraraq qan axınını yaxşılaşdırmağa kömək edə bilər. Müntəzəm olaraq masaj edilməsi qan dövranı və ümumi sağlamlıq vəziyyəti üçün uzunmüddətli faydalar bəxş edə bilər.[5]
Yuxu zamanı ayaqlarda qan dövranının yaxşılaşdırılması sağlamlığınızı və ümumi vəziyətinizi optimal dərəcədə qorumaq üçün vacibdir. Ayaqları qaldırmaq, kompressiyaedici corabları geyinmək, müntəzəm idmanla məşğul olmaq və sağlam həyat tərzi sürmək kimi məsləhət və üsullara əməl etməklə ayaqlarda qan dövranını yaxşılaşdıra bilərsiniz. Flebopatiyanın müalicəsi üçün venoaktiv preparatlar kimi mümkün müalicə üsullarının faydaları barədə həkiminizlə məsləhətləşin. Yuxu zamanı ayaqlarda qan dövranını yaxşılaşdırmağa fikir verməklə rahatlığınızı artıra, şişkinliyi azalda və daha rahat bir gecə yuxusu yata bilərsiniz.
References
- Transfer Master. How to improve circulation while you’re sleeping or bedridden. 2020. https://www.transfermaster.com/how-to-improve-circulation-while-bedridden/
- UC Davis Health. Chronic venous insufficiency. https://health.ucdavis.edu/vascular/diseases/cvi.html#:~:text=Treatment%20for%20chronic%20venous%20insufficiency&t ext=Elevation%3A%20Elevating%20the%20legs%20can
- https://www.mayoclinic.org/diseases-conditions/varicose-veins/diagnosis-treatment/drc-20350649
- Center for Vein Restoration. How to improve circulation in legs while sleeping. https://www.centerforvein.com/blog/how-to-improve-circulation-in-legs-while-sleeping
- Center for Vein Restoration. How to improve circulation in legs while sleeping. https://www.centerforvein.com/blog/how-to-improve-circulation-in-legs-while-sleeping
2026