Detralekslə simptomların azaldılması, aradan qaldırılması və müalicəsi

Ayaqlarda ağrı, ağırlıq hissi, şişkinlik XVX-nin digər simptomlarının müalicəsi 1 .

Ayaqlarınızda ağrı, ağırlıq, şişkinlik hiss edirsinizmi?

wave icon

Xroniki venoz çatışmazlığın ilk əlamətləri inkişaf etmiş ola bilər. Detraleks bu proqressiv xəstəliklə bağlı aşağıdakı əlamət simptomları azaltmağa aradan qaldırmağa kömək edir: 1

feet of a heavy painful swollen leg

Ayaqlarda ağırlıq hissi , ağrı və şişkinlik

Ayaqlarda yorğunluq

Ayaqlarda qıcolma

Hörümçək və ya varikoz damarları

Tanış gəlirmi?

Qısa özünü qiymətləndirmə testimizdən keçin və test nəticəsindən istifadə edərək növbəti addımlarınızı müəyyən edin.

Özünü qiymətləndirməyə başla

Anusunuz qaşınır və qanayırmı?

wave icon

Ola bilsin, babasilin səbəb olduğu xoşagəlməz qaşınma qanaxmadan əziyyət çəkirsiniz. Detraleks kəskin təkrarlanan babasilin aşağıdakı əlamət simptomlarını dərhal azaldır aradan qaldırır: 2,3

Natamam boşalma

Qanaxma

Anusun qaşınması

Ağrı və ya narahatlıq

Təhlükəsizlik məlumatları:

Detraleks 1000 mq barədə təhlükəsizlik məlumatları

Detraleks 1000: mikronizə edilmiş, təmizlənmiş 1000 mq flavonoid fraksiyasının tərkibində: 900mq diosmin və 100 mq hesperidin şəklində flavonoidlər vardır. İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR Aşağı ətrafların funksional və üzvi xroniki venoz çatışmazlığı simptomlarının müalicəsi: аyaqlarda ağırlıq hissi, аğrı, gecə qıcolmaları. Hemorroidal krizlə əlaqəli funksional simptomların müalicəsi. İSTİFADƏ QAYDASI VƏ DOZA Daxilə qəbul edilir. Xroniki venoz xəstəlikdə: gündə 1 tablet, səhər yeməyi zamanı. Hemorroidal kriz zamanı: İlk 4 gün ərzində gündə 3 tablet (səhər, günorta, axşam), növbəti 3 gün ərzində isə gündə 2 tablet (səhər və axşam).

ƏKS GÖSTƏRİŞLƏR: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq. EHTİYATLA: Bu dərman xəstəxanada yatan və ya hərəkətsiz vəziyyətdə olan pasiyentlərdə flebit riskinin qarşısını almaq üçün kifayət deyil. Venoz çatışmazlıq zamanı elastik corablar kimi xüsusi tədbirlərə ehtiyac ola bilər. Müalicəyə baxmayaraq, ağrı və anal qanaxmanın qalmasının babasildən başqa digər səbəbləri də ola bilər: həkiminizlə əlaqə saxlayın. Eyni qaydada yaşı 50-dən çox olan və gözlənilməz anal qanaxma müşahidə edən istənilən pasiyent öz həkimi ilə məsləhətləşməlidir. Kəskin babasilin simptomatik müalicəsi üçün bu məhsulun təyin edilməsi digər düz bağırsaq xəstəlikləri üçün müalicəni istisna etmir. Əgər əlamətlər dərhal zəifləməyə başlamırsa, proktoloji müayinə həyata keçirilməli və müalicə yenidən nəzərdən keçirilməlidir. HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ: Təhlükəsizlik məqsədi ilə hamiləlik müddətində Detraleks-in istifadəsindən qaçmaq məqsədəuyğundur. Dərmanın südlə ifrazolunması barədə məlumat yoxdursa, südvermə dövründə onu qəbul etməyin. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Detraleks avtomobil və ya mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir, yaxud çox cüzi təsir edir.

ƏLAVƏ TƏSİRLƏRİ: Yayılmış: ishal, dispepsiya, ürəkbulanma, qusma. Yayılmamış: kolit. Nadir: başgicəllənmə, başağrı, əzginlik, səpgi, qaşınma, övrə. Tezliyi məlum deyil: ayrıca üz, dodaq, göz qapaqlarının ödemi; qarında ağrı. İstisna hallarda Kvinke ödemi. DOZA HƏDDİNİN AŞILMASI Əgər sizə tövsiyə ediləndən daha çox Detraleks qəbul etmisinizsə, həkiminizə və ya əczaçınıza məlumat verin. Doza həddinin aşılması vəziyyətində diareya, qusma, qarında ağrı, qaşınma və səpgilər barədə məlumat verilmişdir. XÜSUSİYYƏTLƏRİ*: Damarları qoruyur və venaları müalicə edir. Detraleks qanın geriyə axması sisteminə təsir göstərir: o, venoz genişlənmə və venoz çatışmazlığı azaldır; mikrosirkulyasiyada kapilyarların keçiriciliyini normallaşdırır və kapilyar müqavimətini gücləndirir. BURAXILIŞ FORMASI: N30. Gözlənilməyən əlavə təsirlər yarandığı zaman, həkimə müraciət edin. TƏCHİZAT*: LES LABORATOIRES SERVIER, 50 rue Carnot, 92284 Suresnes cedex France. www.servier.com * Ətraflı məlumat üçün içlik vərəqəsi ilə tanış olun (Azərbaycan Respublikası SəhiyyəNazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 27.02.2024-cü il tarixində təsdiq edilmişdir).

Ədəbiyyat siyahısı:

  1. Nikolaides A., Kakkos S., Bekqor N. və digərlərinin "Aşağı ətraflarda xroniki venoz pozuntuların müalicəsi. Elmi faktlara əsaslanan tövsiyələr" adlı əsərindən uyğunlaşdırılıb. 1-ci hissə. Int Angiol. 2018;37(3):181-254.1

  2. Şeligin Y., Krivokapiç Z., Frolov S.A. və digərlərinin "Kəskin hemorroy xəstəliyindən əziyyət çəkən pasiyentlərdə mikronlaşdırılmış və saflaşdırılmış flavonoid farksiyası əsaslı 1000 mq-lıq və 500 mq-lıq həblərin klinik əlverişliliyinin tədqiqi" adlı əsəri. Curr Med Res Opin. 2016;32(11):1821-1826.

  3. Qodeberq F. Detraleks 500 mq hemorroyun müalicəsində plasebodan qat-qat effektivdir. Phlebology. 1992;7(suppl 2):61-63.

2025